backend

Şamaxıda hərc-mərclik

Şamaxıda hərc-mərclik













Əhali icra hakimiyyətinin vədlərinə inanmır
Şamaxının palçıqlı, çala-çuxur yolları



Bir qrup Şamaxı rayon sakini rayonda yolların bərbad durumu ilə bağlı redaksiyamıza şikayət məktubu göndərib. Məktubda bildirilir ki, keçmiş illərə nisbətən bir neçə ildir ki, Şamaxı rayonunun bir neçə küçəsi tam da olmasa qismən abadlaşdırılıb. Bu küçələrdən biri Məmmədəmin Rəsulzadə küçəsidir. İkinci küçə isə rayonun mərkəzi küçələrindən biri olan A.Ə.Əlizadə küçəsidir. Bu yola da asfalt döşənib, amma tam yox yarımçıq. Ticarət obyektlərinin qabağı tamamilə bağlanıb. Bundan başqa şəhərin müxtəlif yerlərində 4-5 küçəyə asfalt döşənib, 5-6 küçəyə də xırda çınqıl daşı tökülüb. Şəhərin qalan küçələrinə isə palçıq əlindən heç girmək belə mümkün deyil.
Rayondan Sis kəndinə gedən yol hazırda çox bərbad vəziyyətdədir. Avtomobillər bu yolu çətinliklə gedirlər. Kəndə giriş də çox acinacaqlı vəziyyətdədir. Bu yolları təmir edəcək təşkilat isə yoxdur. Şamaxı şəhərinin bu küçələrinin xaraba qalmasında İH-nin günahı az deyil.
Şamaxı rayonunda alternativ yollar yox dərəcəsindədir. Çünki, alternativ yollar həm palçıqdır, həm də dağılmış vəziyyətdədir. Yoldakı çala-çuxur maşınların burdan keçməsini mümkünsüz edir. Ümumiyyətlə, Şamaxı rayonunda bir neçə küçəsi istisna olmaqla demək olar ki, bütün şəhərdaxili küçələr eyni vəziyyətdədir. Bu küçələrdə nəinki maşınlar, heç piyadalar da hərəkət edə bilmirlər. Rayon yolları bu vəziyyətdə olduğu halda, görün kənd yollarının vəziyyəti necədir? Göylər , Məlişobanlı, Dəmirçi kəndlərinin yolları çox bərbatdır. Avaxıl kəndinə gedən yol asvalt örtüyü təzə çəkilsə də, tamami ilə siradan çıxıb. Rayon İH-nin başçısı Asif Ağayev da yolların təmir olunacağına söz versə də vədini unudub.

Rayon təhsili sanki bazara çevrilib

Şamaxıda hərc-mərclik













Şamaxıda təhsili tamamilə bərbad vəziyyətdir. Məktəblərə ayrılmış komputerlərin 90 faizi işləmir. Sıravi müəllimlər işlərinin öhdəsindən bir təhər gəlsələr də məktəblərdə problemlər olduğu kimi qalır.
Problemin həll olunmamasının əsas səbəblərindən biri maddiyyatın güdülməsidir. Hansı müəllimlər ki, mübariz deyil, təzyiq altındadırlar, hər ay maaşlarından 30 faiz alınır. Məktəb üçün dövlətin pulu ilə keyfiyyətsiz partalar alınır ki, heç 6 ay keçmir stollar, stullar qırılır. Şöbə müdürü məktəb direktorlarına təkidlə üzünü belə görmədiyi şagirdlərin adının jurnalda getməsi üçün tələb qoyur.
Rayonun kənd məkəblərində özbaşınalıqlar, qanunsuzluqlar pik həddinə çatıb. Hacılı kənd məkdəbinin direktoru Qonçubəy Xələfov, Əhmədli kənd məktəbinin direktoru Əzisxan Səlimov, Keçmədin kənd məktəbinin direktoru Gülnarə Əkbərova və başqalarının qanunsuzluqları nədənsə şöbə müdürü tərəfindən ciddi tənbeh edilməsi əvəzinə ört-bastır edilir. Rayon təhsili sanki bazara çevrilib.

Sakinlər Xəyyam müəllimi idarədə tapa bilmirlər

Şamaxıda hərc-mərclik










Şamaxı rayon qaz istismar idarəsində özbaşnalıq höküm sürür Qeyd edək ki, Azəriqaz İstehsalat Birliyinin Şamaxı rayon Qaz istismar idarəsində höküm sürən qanunsuzluqlara son qoyulmur.
Rayon sakinləri ilə görüşüb, onların problemləri ilə maraqlandıq. Məlum oldu ki, rayonun mərkəz küçələrindən olan A.Ə.Əlizadə küçəsində xəttlər çox bərbad vəziyyətdədir. Küçə sakinləri bizə bildirdilər ki, rayon qaz istismar idarəsi çox yarıtmaz fəaliyyət göstərir. Dəfələrlə rayon qaz istismar idarəsinə şikayət etsələr də, rəhbərlik tərəfindən hər hansı bir tədbir görülmür. İdarənin rəisi Xəyyam müəllimi heç idarədə də tapa bilmirlər.

Mərkəzi poçtda bazar

Şamaxıda hərc-mərclik










Rayonda mərkəzi poçtun qarşısında olan bazar yalan olub, içəri əsil bazardır. Sən əgər faks qəbul edirsənsə nə üçün pul verməlisən, çünki poçtun faks aparatında oturan xanımın dediyinə görə o faks kağızını pulla alir. Standart qiymətdir hər kağız 60-qəpik. Onun bu bazarı bir yana olsun, kobud rəftarı bura gələn rayon sakinlərini boğaza yığıb. Bəs, görəsən Şamaxı rayon mərkəzi poçtun müdürü bu qədər özbaşınalığı görmürmü? Bunu müdürün özündən soruşmaq istədim. İşdə olmadığı üçün sualımın cavabını ala bilmədim. Deyilənə görə poçt müdürünü də işdə tapmaq müşkül məsələdir.

Ardı var

Rövşən İnqilab