backend

Xərçəngdən əziyyət çəkən qadın belə intihar etdi - VİDEO

Xərçəngdən əziyyət çəkən qadın belə intihar etdi - VİDEO






















O, YouTube video-portalında öz qərarının səbəbini izah edib.

Amerika Birləşmiş Ştatlarının Oreqon ştatında beyin xərçəngindən əziyyət çəkən 29 yaşlı qadın eftanaziya üsulu ilə intihar edib.

qaynarxett.az ANS PRESS-ə istinadən xəbər verir ki, Britani Meynard bir müddət əvvəl intiharı üçün ən ideal tarixin noyabr ayının 1-i olduğunu müəyyən etmişdi.

O, baş ağrıları dözülməz həddə çatanda həkimdən ona ölümcül dozada dərman vurmasını istəyib. Gənc qadının öz istəyi ilə ölümü Amerikada polemikaya səbəb olub.

Britani Meynard ölümündən öncə YouTube videoportalında öz qərarının səbəbini izah edib. Kadrlar 9 milyon izləyici toplayıb.

Qadın öz ölümünü şərəfli ölüm adlandırıb.

Qadına yanvar ayında xərçəng diaqnozu qoyulduqdan sonra o, eftanaziya hüququndan istifadə etmək üçün həyat yoldaşı ilə yaşadığı Kaliforniya ştatından Oreqon ştatına gəlib.

Oreqon ştatında eftanaziya 1997-ci ildən qüvvəyə minib. Kaliforniya ştatında isə, eftanaziya qeyri-qanuni hesab olunur.