backend

Sabirabadı kim idarə edir, Nazim İsmayılov, yoxsa...

Sabirabadı kim idarə edir, Nazim İsmayılov,  yoxsa...











Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov müavinlərin əlində girova çevrilib...

Şahnaz Babayeva Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənovla əlbir olub rayonda at oynadir..


qaynarxett.az-nun elektron poçtuna daxil olan məktubda Sabirabad rayonunda baş verən ciddi qanunsuzluqlardan bəhs olunur. Məktubda deyilir:
“Biz – Məmmədzadə Cabir “Həqiqət yolu” qəzetinin baş redaktoru, Sarıyev Elman “Cinayətkarlığa qarşı mübarizə” qəzetinin baş redaktorun birinci müavini və Əli Rza Muxtar ”Qaynar.tv”- nin baş redaktoru Sabirabad rayon sakinlərinin şikayyəti əsasında yola çıxdıq. Rayonda baş verən dəhşətli və ağılasığmaz mənzərəni sizin diqqətinizə çatdırırıq.
Rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Şahnaz Babayeva rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənovla əlbir olaraq rayonda at oynadır. Rayonun Şəhriyar kənd sakini, Qarabağ əlili Elşad Dadaşovun başına gətirilən olay adamda igrah hissi oyadır. Ümumiyyətlə yuxarıda adını çəkdiyimiz rayonun məsul vəzifə sahibləri öz problemlərindən şikayət edən sakinləri qapıdan qovaraq başçı ilə görüşməyə imkan vermirlər. Təsadüfü imkan düşdükdə isə, başçı sakinlərin dərdinə qulaq belə asmır. Sakinlər düşünür ki, başçıya düzgün məlumat verilmədiyinə görə, bu laqeyid yanaşmaya səbəb olur. Görəsən başçının rayonun problemlərindən xəbəri varmı?
Məsələn: Suqovuşan kəndinə artıq 2 ildir ki, qaz verilmir. Qaz idarəsinə, Əmlak idarəsinə nəzər yetirdikdə, icra hakimiyyətinin müavinləri kimi “üzdən bəzək, içdən təzək” vəziyyətdədir. Bu günlərdə rayona Prezident İlham Əliyevin səfəri gözlənilir. Dövlət başçısının səfəriylə bağlı rayonun rəhbər işçiləri əl – ayağa düşüblər. Rayonda kosmetik şəkildə, guya abadlıq adı ilə iş aparılır. Reallıqda isə vəziyyətin acınacaqlı olması heç kimə sirr deyil. Ümumiyyətlə Sabirabadda vəziyyət olduqca acınacaqlıdır. Peşə məktəbinin vəziyyəti isə danışılası deyil. Sabirabad şəhər Peşə məktəbinin “içi ilə üzünün” fərqi qalmayıb. Müəllimlərdən aldığımız sorğu zamanı 250 uşaq oxuduğunu bildirsələr də, məktəbdə müəllim heyəti ilə birlikdə heç 50 nəfər belə tapa bilmədik. Məktəbin adını və respublikamızın atrebutlarını xatırladan heç bir nişana belə rast gəlmədik. Bu bəs deyil kimi hələ məktəbin direktoru özünü belə təqdim etmədən müsahibə verməkdən imtina etdi. Görəsən Sabirabad rayon Təhsil şöbəsinin müdürü Elman Bünyadov hara baxır?
Sabirabadda meşələrin vəziyyəti də çox acınacaqlıdır desək bu yumuşaq səslənər. Meşə idarəsinin müdürü Əlixan müəllim, elə bil and içib ki, Sabirabadda bir ağac belə saxlamayacaq. Xilə meşəsinə nəzər yetirdikdə, elə bil hardasa parkı müşahidə edirsən. Qısası Sabirabadda “mini” meşəyə oxşar bir yer varsa, o da Meşə İdarəsinin həyətindədir. Həyətə baxanda elə bil ağacları orada muzeyə qoyublar.
Müşahidəmizə görə rayonda bütün idarə və abyektlərə məhz Şahnaz xanım himayədarlıq edir. Rayon ərazisində olan apteklərə və baxçalara da cavabdehliyi Sahnaz xanım daşıyır. Bir neçə baxçadan əldə etdiyimiz məlumata görə baxcalara verilən ərzaqlar da mənimsənilir. Məsələn: Sabirabad rayon Nizami kənd baxçası viran qalib. Görəsən İcra başçısı heç adı çəkilən kənddə olubmu? Görəsən bir dəfə belə olsa Nizami kəndilə və kənd baxçası ilə maraqlanıbmı?..Baxçada uşaqların supdan başqa heç bir yeməklə tanışlıqları yoxdur. Baxçanin uşaqları isti yer üzünə də həsrətdir. Baxçalara verilən yanacaq və odun da baxça adıyla mənimsənilir. Təbii ki, Şahnaz xanımın bu işdə də əli var. Şahnaz xanım təhsil inventarlarından tutmuş baxçalara verilən ərzaqlara kimi sahib çıxıb. Şahnaz xanımın, tək Sabirabadda 5 - 6 şəxsi aptekləri də var. Şahnaz Babayeva QREST adlanan yataqxananı özəlləşdirərək rayon sakinlərinə 70 - 80 manata kirayəyə verir. Kənardan müşahidəmizə görə Sabirabad rayon icra hakimiyyətinə tam sahib çıxan Şahnaz xanım, bütünlüklə korrupsiya və rüşvətin qurbanına çevrilib.
Təbii ki, Şahnaz xanım bələdiyyə seçkilərinə də laqeid qala bilməz. Qaragünə Bələdiyə sədri Hakim məllimə, Şahnaz xanım tərəfindən yenidən sədr seçilməsinə “ tam qızıl zəmanət ” verilib. Bu səbəbdən Hakim müəllim heç bir sakini, qonağı, hətda jurnalistləri belə saya salmır və bələdiyyə ərazisində at oynadır. Qorxuram ki, bu dırnaqarası səlahiyyətə sahib olan Şahnaz xanım bələdiyyə seçkiləri kimi, rayondakı deputat seçkilərinə də sahib çıxa. MSK sədri Məzahir Pənahovun səlahiyyətlərini də icra etməyə hazır olan, Şahnaz xanımın saxtakarlıqda əvəzi yoxdur. Şahnaz xanım rayonda olan bütün idarə rəhbərlərini bir araya yığaraq iclas keçirib. İclasda bildirib ki, “rayona gələn qonaqları mən yola salacağam. Məndən başqa qonaqları, heç kim qəbul etməsin.” “ Burda mənəm - Bağdadda kor xəlifə”.
Hələ 2012 – ci ildə yarıtmaz iş fəaliyyətinə görə Şahnaz Babayevanın işdən azad edilməsi barədə ərizəsi alınsa da, indiyə qədər naməlum səbəblərdən işdən azad edilməsi icra olunmayıb. O gündən Şəhnaz Babayeva rayonda at oynadir.

Rayona gələn şikayətçi və qonaqları, Şahnaz xanım qarşılayaraq, özünün şəxsi mənafeinə uyğun olaraq yola salır. Onun bu hərəkətləri nəinki Sabirabad əhlini, həm də Sabirabad rayon məmurlarını da bezdirib.
Bir də görəsən, rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Prezident İlham Əliyevi necə qarşılayacaq?”


Ardı var...