backend

Şəmkirdə yeni bir biabırçılıq

Şəmkirdə yeni bir biabırçılıq

















Məktəb direktoru bir yana şöbə müdürü də eşq bəlasına düşüb

Bir müddət öncə Şəmkirin Mahmudlu kəndində 1956-ci il təvəllüdlü Cəfərov Ramiz adlı məktəb direktoru ilə həmin məktəbdə uşaq təşkilatının rəhbəri çalışan 35 yaşlı xanımla eşq məcarası acı sonluqla bitdiyi barədə məlumat vermişdik.

Məlumatda bildirilirdi ki, həmin xanımın telefonunda direktorun eşq dolu messajlarını ələ keçirən əri onu bıcaqlayaraq xəstəxanalıq edib. Qadının ərini bu əməlinə görə həbs edib, barəsində cinayət işi açıblar. Ortada isə bir azyaşlı uşaq qalıb. Kənd cammatı isə öz işçisi ilə eşq məcarası yaşayan direktorun nəinki tutduğu vəzifəsindən, hətta pedoqoji fəaliyyətdən uzaqlaşdırılmasını tələb edirlər.

Qeyd edək ki,Təhsil Nazirliyi və Rayon Təhsil şöbəsi bu biabırçılığı ört-basdır etməyə çalışırdı. “Qulaqburması”na Şəmkir rayon təhsil şöbəsindən hamıda şok yaradacaq yeni bir informasiya daxil olub. Həmin informasiya bu dəfə şöbə müdürü Məcid Şıxlinski barədədir. Bu səfər Məcid müəllim eşq bəlasına girüfdar olub. Bir şagird dəftəri həcmində olan bu eşq məcaraları lap romanda olduğu kimi təsvir olunub. Hazırda əməkdaşımız həmin məktubda göstərilən olayları araşdırır. Növbəti sayımızda
həmin araşdırmanı sizə təqdim edəcəyik.