backend

Ekspert: Mənzillərin qiyməti niyə qalxmalıdır ki?

Ekspert: Mənzillərin qiyməti niyə qalxmalıdır ki?




















“Bazarda süni tələb formalaşdırılır”.

Mənzil bazarında qiymətlərin artması ilə bağlı səslənən fikirlərə iqtisadçı-ekspert Vüqar Bayramov aydınlıq gətirdi.

qaynarxett.az xəbər verir ki, onun sözlərinə görə, qlobal maliyyə böhranından sonra, xüsusən də 2010 və 2011-ci illərdə bəzi ekspertlər, demək olar ki, hər ay gələn aydan mənzil bazarında qiymətlərin yüksələcəyi ilə bağlı açıqlamlar yayırdılar. Məlumat yayılırdı, amma qiymət artmırdı.

Ekspert düşünür ki, bununla bazarda süni tələb formalaşdırmaq istəyirlər.

Baxmayaraq ki, bununla, mənzil bazarında süni tələb formalaşdırmaq və qiymət artımlarına nail olmağa çalışırdılar. Bu məlumatlarda məqsəd aydındır: qiymət artımları ilə bağlı məlumatı oxuyan potensial alıcı mənzil bazarına daxil olacaq və “qiymət artımları” baş vermədən ev almağa tələsəcək. Yəni, vətəndaş düşünəcək ki, qiymət artacaq, tez alım ki, ucuz alım. Bununla da, süni tələb formalaşacaq və süni qiymət artımları baş verəcək. Yenidən əmlak bazarında qiymət artımları ilə bağlı açıqlama yayılıb. Özü də kifayət qədər ciddi artımların olacağı bildirilir. Sanki əmlak bazarında hamı əlində pul ev axtarır, amma mənzil tapa bilmir.

Maraqlıdır, mənzillərin qiyməti niyə artmalıdır? Neftin qiyməti yüksəlibmi? Rusiyadan Azərbaycana göndərilən pulların həcmi artıbmı? Neftin qiymətinin aşağı düşdüyü bir halda daxili tələbat artıbmı? Dövriyyədəki pulun həcminin azaldığı bir zamanda əmlak bazarına yeni vəsait daxil olubmu? Bunların heç biri baş verməyib. O zaman, mənzillərin qiyməti niyə artmalıdır ki?.