backend

"Bakcell" jurnalistlər üçün "Mobil telekommunikasiyaya giriş" adlı seminar keçirib

"Bakcell" jurnalistlər üçün "Mobil telekommunikasiyaya giriş" adlı seminar keçirib

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi "Bakcell" şirkəti jurnalistlər üçün növbəti dəfə "Mobil telekommunikasiyaya giriş" adlı seminar keçirib.

Ardıcıl olaraq beş ildir ki, təşkil olunan ənənəvi seminarın əsas məqsədi jurnalistləri mobil telekommunikasiya sahəsinin əsasları, müasir texnologiyalar, innovasiyalar və son tendensiyalar barədə maarifləndirməkdir. Ölkənin bir çox aparıcı media qurumlarını təmsil edən 30-dan çox jurnalistin iştirak etdiyi seminar mobil telekommunikasiya üzrə məlumatlılığın və bu sahədən yazan jurnalistlərin peşəkarlığının artırılmasına xidmət edir.

"Mobil telekommunikasiya ən sürətlə inkişaf edən sahələrdən biridir. Buna görə də mobil rabitə xidmətindən istifadə edən abunəçilərin davranış və tələbləri, eyni zamanda, mobil operatorların təklif etdiyi məhsul və xidmətlər tez-tez yenilənir. Telekommunikasiya və informasiya texnologiyaları sahəsindən yazan jurnalistlərin bu sahədəki yeniliklərdən xəbərdar olması və onların peşəkarlığının artırılması üçün biz bu layihəni davamlı olaraq həyata keçiririk", - deyə "Bakcell" şirkətinin ictimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar departamentinin rəhbəri Süheylə Cəfərova bildirib.

Şəki şəhərində keçirilən seminarda "Mobil internetdə son durum: tətbiqlər və cihazlar", "Video istehlakı – müasir kontent siyasətin aparıcı gücü", "Mobil maliyyə xidmətləri", "Müştəri xidmətlərinin rəqəmsallaşdırılması", "4G şəbəkəsinin üstünlükləri və əhatə dairəsi" və "Rəqəmsal nəsil" mövzularında interaktiv sessiyalar keçirilib.

"Bakcell"in müvafiq sahələr üzrə aparıcı mütəxəssisləri, həmçinin jurnalistlərə şirkətin ən son məhsul və xidmətləri, o cümlədən "Wi-Fi Evinizdə" adlanan cihaz barədə ətraflı məlumat veriblər.

Seminar 2 gün davam edib.

Qeyd edək ki, "Bakcell" şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir.

"Bakcell" şirkətinin 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir.

7000-dən artıq baza stansiyası vasitəsilə "Bakcell" şəbəkəsi əhalinin 99 faizini, ölkə ərazisinin isə 93 faizini (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan "P3 Communications" şirkəti tərəfindən "Bakcell" şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb ("Best in Test"). 2018-ci ildə şirkət "Azərbaycanın ən sürətli mobil şəbəkəsi" adına layiq görülüb. Bu mükafat bütün dünyada tanınmış "Ookla" şirkəti tərəfindən "Bakcell"ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib.

"Bakcell" və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, www.bakcell.com internet səhifəsinə daxil olmağınız və ya 555-ə zəng etməyiniz xahiş olunur. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya ingilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-“Bakcell” abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə "Bakcell"in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.