backend

“Bir də ayılacağıq ki, Tramp deyir: "Qarabağı Ermənistan ərazisi kimi tanımaq lazımdır"...”

“Bir də ayılacağıq ki, Tramp deyir: "Qarabağı Ermənistan ərazisi kimi tanımaq lazımdır"...”
ABŞ prezidenti: “Holand yüksəkliklərini İsrail ərazisi kimi tanımağın vaxtı çatıb...”
Ağıllı fikirləşincə dəli vurub çayı keçəcək...

Xəbər verildiyi kimi, ABŞ prezidenti D.Tramp özünün “Tvitter” səhifəsində “regionda sabitliyin təmin edilməsi” üçün Suriyanın İsrail tərəfindən 1967-ci ildən zəbt edilmiş Holand yüksəkliklərini İsrail ərazisi kimi tanımağın vaxtının çatdığını yazıb.

Moderator.az xarici mediaya istinadla xəbər verir ki, bunun ardınca İsrail baş naziri Benyamin Netanyahu eyni sosial şəbəkədə “İranın Suriya ərazisini İsraili məhv etmək üçün platsdarma çevirdiyi bir vaxtda Holand yüksəklikləri üzərində suverenliyimizi tanımaq barədə cəsarətli təşəbbüsünə” görə minnnətdarlıq edərək “Sağ ol, cənab prezident” yazıb.

P.S. Trampın bir saat sonra hansı və necə qərar verəcəyini proqnozlaşdırmaq çətindir. Bu alverçi təfəkkürlü siyasi lider heç kəsin gözləmədiyi bir vaxtda Qüdsü İsrailin paytaxtı kimi tanıdı və ABŞ səfirliyinin müsəlmanlar üçün də müqəddəs bu şəhərə köçürülməsi haqda qərar verdi. Biz ATƏT-ə-filana, “demokrat” Paşinyanla görüşlərə ümid edə-edə bir də ayılcağıq ki, Tramp deyir:” Dağlıq Qarabağı Ermənistan ərazisi kimi tanımağı vaxtı çatıb”... Necə deyərlər, ağıllı fikirləşincə dəli vurub çayı keçəcək...