backend

XƏBƏRİM OLMAYAN CİNAYƏTİ BOYNUMA YIXIBLAR - Birinci Vitse-Prezident Mehriban Əliyevaya MÜRACİƏT

















Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya

Surəti: Azərbaycan Demokratik Respublikasının Prokroru Zakir Qaralova
Surəti: Azərbaycan Demokratik Respublikasının Daxili İşlər Naziri Vilayət Eyvazova
Surəti: Azərbaycan Demokratik Respublikasının Bakı şəhər Baş Prokroru İlqar Abbasova
Surəti: Azərbaycan Demokratik Respublikasının Prezident Aparatının Hüquq mühafizə orqanları ilə iş üzrə köməkçisi Fuad Ələsgərova



Ə.N.P.X-nin müalicə müəssisəsində saxlanılan məhkum Həsənov İmamverdi Mustafa oğlu tərəfindən
ŞİKAYƏT ƏRİZƏSİ


Hörmətli Mehriban xanım!
Yazıb bildirmək istəyirəm ki, Neftçilər metrosu ərazisində ailəmin dolanşığı çün taksi fəaliyyəti ilə məşğul olurdum. Bildirim ki, 24 aprel 2018-ci il tarixdə Xətai rayon polis idarəsinə rəsmi şəkildə dəvət edilmişəm 3 gün m.s.y saxlanılaraq müstəntiq vəzifəsini icra edən Xəlil Allahverdiyev məndən 22 aprel 2018-ci il tarixdə harada olduğumu soruşdu, mən isə onun suallarına cavab olaraq, kənd Əhmədli və Əhmədli metrosu ərazisində olduğumu bildirdim və Polis idarəsini tərk etdim. Qeyd edim ki 17 may 2018-ci tarixdə yaşadığım ünvandan mənə təzyiq göstərərək məni polis idarəsinə apardılar və mənə işgəncə verərək xəbərim olmayan cinayət işini mənim üzərimə qoyan dövlət məmurları Tural Xəlilzadə, İsa Həbibzadə, Fərid Məmmədov, Amiq Rəhimov, Vasif bilmədikləri və bağlı qalan cinayət üzrə cinayətkar hesab edib barəmdə 19 may 2018-ci il tarixdə Xətai rayon məhkəməsinin hökmü ilə 4 ay müddətinə həbs qəti imkan tədbiri seçilmişdir.

Hörmətli Mehriban xanım necə olur ki, mənim xəbərim olmayan cinayət işi ilə barəmdə həbs qəti imkan tədbiri seçib mənə cinayətkar deyirlər. Halbuki adlarını qeyd etdiklərim dövlət məmurlarının mənə qarşı etdikləri haqsızlıq, cinayət məsuliyyəti deyilmi ?

Hörmətli Mehriban xanım!
Bir vətəndaş olaraq Sizdən xahiş edirəm ki, həmin şəxslərin barəsində ciddi tədbir görülməsində göstərişlərinizi və tövsiyyələrinizi verəsiniz .

Hörmətlə :


Həsənov İmamverdi. M