backend

Getdik, gördük və yazırıq. DÜZÜ DÜZ, ƏYRİNİ ƏYRİ - Sumqayıt şəhər Təhsil Şöbəsində...



Son günlərdə Sumqayıt şəhər Təhsil Şöbəsində baş verən neqativ hallar barədə bəzi mətbuat orqanlarında çeşidli və qərəzli yazılar yayımlanır. Həmin məlumatları araşdırmaq məqsədiylə adı cəkilən təhsil şöbəsində olduq. Deyilənləri, yazılanları dəqiqləşdirməyə çalışdıq.

Qeyd edək ki, Sumqayıt şəhər Təhsil Şöbəsində faktiki olaraq vəziyyət heç də yazılanlarda göstərilən kimi deyil. Əksinə, burada durum tamam fərqlidir və bunu bilmək üçün alim-filan olmağa da ehtiyac yoxdur. Bir az özünə əziyyət verib Sumqayıta təşrif buyurmaq kifayətdir.
Yox, əgər bəzi həmkərlarım buraya gəlmək istəməyib, kənardan «qarmaq» atmaq eşqindədirlərsə, o zaman yazdıqlarımızı diqqətlə oxuyub, vəziyyətdən hali olsunlar.

Aydın məsələdir ki, hər bir mətbuat orqanının özünün dəsti-xətti, marağı və istəyi var. Amma bütün bunları da bir araya gətirmək üçün ədalətl mövqe lazımdır. Çünki yazılan yazılardakı qərəz göz çıxardığı qədər, maraq da ədalətsizliyin fövqündə dayanmış şəkildə görsənir.

Bu bir həqiqətdir ki, son vaxtlar Sumqayıt təhsilində vəziyyət çox dəyişib. Nəinki Sumqayıt şəhərinin, eləcə də ətraf qəsəbələrin əhalisi ciddi-cəhdlə gözlədiklərini hazırkı şöbə müdiri Arzu Alızadə bir-bir yerinə yetirməkdədir. Bunun üçün yerli əhaliylə söhbətləşmək də kifayətdir ki, təhsil sahəsindəki görülən işlərə hansı müsbət qiymət verildiyini müəyyənləşdirmək mümkün olsun.

Bu gün Azərbaycanda təhsil sahəsində da inkişaf nəzərə carpmaqdadır. Aydın məsələdir ki, bütün bunlar Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı Cənab Prezident İlham Əliyevin son zamanlar bu mühüm sahəyə göstərdikləri ugurlu siyasətin məntiqi nəticəsidir. Sumqayıtda da təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülür, yeni məktəb binaları inşa edilir, mövcud məktəblərdə əsaslı təmir işləri aparılır. Görülmüş işlər gənclərin yüksək səviyyədə təhsil almalarına və müstəqil ölkəmizin layiqli vətəndaşları olmalarına lazımi şərait yaradır.

Qeyd etmək yerinə düşər ki, bu il qəbul imtahanlarında iştirak edən 2490 abituriyentdən 1906 nəfəri, yəni məzunların təxminən 77%-i tələbə adını qazana bilmişdir ki, bu da ölkə üzrə ən yüksək göstəricidir. Ali məktəbə qəbul olan məzunların 460 nəfəri, yəni 24%-i 500-dən, o cümlədən 154 nəfəri, 8%-dən də çoxu 600-dən çox bal toplayıb. Üç təhsil müəssisəsində qəbul 100% olub. Eləcə də 15 sinif üzrə ali məktəbə sənəd verən məzunların hamısı tələbə adını qazanıb.

Bəli, bu gün Sumqayıt şəhər Təhsil Şöbəsinin qazandıgı ugurlarda məhz şöbə müdiri Arzu Alızadənin əməyi böyükdür. Arzu xanım elə insanlardandır ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür. Belə insanların ömrü çətin, mənalı və şərəfli, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək, səhv etmərik.

Bəzi KİV nümayəndələrinə xatırlatmaq istəyirik ki, bizlərə məlumdur ki, bu cızma-qaraları kimlər nə məqsədə yazdırır. Ancaq bu dərəcədə olmaz. Əsl ziyalı olan bir şöbə müdirinə qarşı bələ münasibət yolverilməzdir. Unutmayın bu davranışlar ictimaiyyət tərəfindən ikrahla qarşılanır. Real olan budur ki, Sumqayıt Təhsil şöbəsinin müdiri Arzu Alızadə şəhər ictimaiyyəti tərəfindən sevilir, hörmətlə qəbul edilir. Çünki o, bu vəzifəyə cənab nazirin təklifi ilə göndərilib. Çünki o, oliqarx deyil və ömrü boyu hansısa post uğrunda mübarizə aparmayıb. Mübarizə apardığı bir sahə olub, o da ona tapşırılan vəzifədir ki, bu sahədə də ən böyük uğuru qazanıb. Bu uğur coxsaylı kollektivə məxsusdur. Baxın ədalətli mövqe budur. Ədalətli mövqe insana onun üçün sərf etdi-etmədi deyil, real olanı danışmaqdır. Ədalətsizlik cəmiyyətdə ölüm virusu tək təhlükəlidir, imkan vərərsiniz ənənəvi hal alar. Amandı, gələcək nəsillər naminə cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın.


Şər-böhtanla məşğul olan insanlar düşünsünlər ki, bir şəxs barədə fakta əsaslanmadan yalan və şantaj xarakterli xəbər yazmaq şərəfsizlikdir. Sumqayıt Təhsil şöbəsinin müdiri Arzu Alızadənin nüfuzuna xələl gətirməyə çalışan, şəxsi həyatına müdaxilə edən və fakta əsaslanmadan şantaj xarakterli məlumatlar yazan bu saytların çirkin əməlləri əvvəl-axır faş olunacaq. Araşdırma zamanı məlum olub ki, həmin saytlar bəzi qəlbiqara adamların sifarişi ilə tənqidi yazılar hazırlayaraq Arzu xanımı nüfuzdan salmağa çalışırlar, amma bu alınmayacaq.

Görməyə göz hamıda var. Yetər ki, yaxşını yaxşı görməyə istək olsun. Əyri prizmadan məqsədli fikirlər yazana da, yazdırana da, barəsində yazılana da ziyan gətirir.
Həmkarlarımıza demək istərdik ki, heç bir “etibarlı mənbə” coxsaylı Sumqayıt əhalisini əvəz edə bilməz. Getdik, gördük və yazırıq. DÜZÜ DÜZ, ƏYRİNİ ƏYRİ...

Azintv.info