Sumqayıtda evdən cəsəd tapılıb.
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Sumqayıt şəhərində mənzildə bir nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Musavat.com FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan xilasetmə qüvvələri mənzilin qapısını açıb və 1938-cı il təvəllüdlü Jarkova Lidiya Yakovlevnanın cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 23:05-də başa çatıb.