backend

Karantin günlərində apteklərdən dərmanlar pulsuz çatdırılacaq? - Rəsmi cavab


“Qarşıdakı karantin günlərində aptek sahiblərinə dərmanların pulsuz çatdırılması tövsiyə olunur”. 
Qaynarxett.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva məlumat verib. 
O bildirib ki, bu məqamdan sui-istifadə edilməməsi tövsiyə edilir: 
“Gündəlik istifadə edilən dərmanların tədarükünün əvvəlcədən sifariş edilməsi məqsədəuyğundur. Amma bəzi təxirəsalınmaz hallarda dərmanlar çatdırıla bilər”.  /Oxu.az