backend

Tramp hospitala yerləşdirildi

Koranavirusa yoluxan ABŞ prezident hərbi hospitala yerləşdirilib.
“Haber Global” xəbər verir ki, bu barədə Ağ Evin məbuat katibi Keyli Makinani bildirib.

O, yazılı açıqlamasında “Ehtiyat tədbiri kimi və həkiminin məsləhəti ilə növbəti bir neçə gün ərzində Prezident Uolter Rid adına Hərbi Hospitaldakı Prezident ofisindən çalışacaq”, - qeyd edib.

Bundan əlavə Makinani Prezidentin xoş əhval-ruhiyyədə olmasını, xəstəliyi yüngül simptomlarla keçirdiyini və bütün gün ərzində fəaliyyətini davam etdirdiyini də vurğulayıb.