backend

İzmirdə zəlzələdə ölənlərin sayı 12-yə, yaralıların sayı 419-a çatıb - YENİLƏNİB + VİDEO

Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində yaralıların sayı 419-a çatıb.
"Haber Global" xəbər verir ki, zəlzələ nəticəsində həyatını itirənlərin sayı 12-yə yüksəlib.
***
Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində yaralıların sayı 257-yə çatıb.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
***
İzmirdə zəlzələ nəticəsində daha 2 nəfərin öldüyü məlum olub.
“CNN Türk” xəbər verir ki, yeraltı təkandan həlak olanların sayı 6-ya yüksəlib.
Məlumata görə, yaralıların sayı isə 202-yə çatıb.