backend

Yaraqlılar Pişəvər şəhərində 500 şagirdi girov götürdülər

Yaraqlılar Pişəvər şəhərində 500 şagirdi girov götürdülər






















Hadisəyə görə məsuliyyəti “Taliban” hərəkatı öz üzərinə götürüb.

Ən azı altı silahlı yaraqlı Pakistanın Pişəvər şəhərində hərbi qulluqçuların uşaqlarının oxuduqları məktəbin bir neçə yüz şagirdini girov götürüblər.

Reuters agentliyinin məlumatına görə, məktəbin içində intensiv atışma gedir. Binanı hərbçilər mühasirəyə alıblar, qaynarxett.az xəbər verir.

Pakistan ordusunun nümayəndələri bildiriblər ki, binada 500-ə yaxın şagird və müəllim ola bilər.

Binanın ələ keçirilməsinə görə məsuliyyəti “Taliban” hərəkatı öz üzərinə götürüb.