backend

Əli Hüseynovun rəhbərliyi altında Ağsu Rayon Mərkəzi Xəstəxanası daima öndə gedən tibb ocaqlarımızdan biri olacaq

Ağsu Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunmuş Əli Hüseynov Ağsu sakinləri tərəfindən daima sevilib. Savadlı həkim olmaqla yanaşı hər bir xəstəyə xüsusi diqqət və qayğıyla yanaşan, onların problemlərini təmkinlə dinləyən şərəfli peşənə şərəflə təmsil edən bir insandır. Hələ Direktor müavini olduğu zamanlarda iş günü və iş saatı olmasından asılı olmayaraq daima işinin başında olub. Həftənin şənbə və bazar günləri axşam saatlarınadək qalıb xəstələrinin problemlərinin həllinə çalışaraq, sağlamlıqlarını daima diqqət mərkəzində saxlayıb. Xeberci.info olaraq dəfələrlə xəstəxanadan materiallar toplamağa getdiyimiz zaman qəbulda olan insanların Əli həkim haqqında daima xoş sözlər dediklərinin şahidi olmuşuq. Biz inanırıqki, Əli Hüseynovun rəhbərliyi altında Ağsu Rayon Mərkəzi Xəstəxanası daima öndə gedən tibb ocaqlarımızdan biri olacaq. Bu şərəfli işdə Əli həkim başda olmaqla bütün tibbi personala uğurlar arzu edirik.