backend

Prezidentin göstərişinə güc gələn “Bakuş” ləqəbli məmur

Prezidentin göstərişinə güc gələn “Bakuş” ləqəbli məmur


















Elmar Vəliyevlə Müstəqim Məmmədovun himayə etdiyi Vidadi Bəylərov regionun baronuna çevrilib

Azərbaycan məmurlarının macəraları gündən günə yeni çalar almağa başlayır. Küllü miqdarda sərvətə sahib olan bu təbəqə artıq elə bir həddə çatıb ki, onların dövlət başçısının əmr və göstərişlərinə məhəl qoymamalarıda adi hala çevrilib. Bu sırada regional oliqarxlar, rayonlarda firona çevrilmiş məmurlar daha çox diqqət çəkir. Bu dəfə sizə təqdim etdiyimiz şəxs Tərtər rayon Telekommunikasiya qovşağının rəisi Vidadi Bəylərovdur.

İlk baxışda V.Bəylərovun hazırki vəzifəsi o qədər də cəlbedici görünmür. Amma onun son illər karyerasının bəzi detallarına nəzər yetirsək görərik ki, Bəylərov yaşadığı regionda məğlubedilməz və qanunların fövqündə duran bir məmura çevrilib.

V.Bəylərovun hazırki vəzifəsinə təyinatının detallarına keçməzdən öncə bildirək ki, o buna qədər də Tərtərdə vəzifə sahibi olub, həm də daha yüksək postda təmsil olunub. İllər öncə Tərtər rayon icra başçısının müavini vəzifəsində çalışan "Bakuş" ləqəbli V.Bəylərovun adı mütəşəkkil dəstə yaradıb özgə əmlakını mənimsəyən Tərtər rayonunun bir qrup sakininin həbs edildiyi cinayət işində hallanmışdı. "Tərtər işi” adı ilə o zaman böyük səsküy yaradan həmin işdən dələduzluqda ittiham olunaraq mütəhhimlər kürsüsünə çıxarılan şəxslər mənzil alış-verişində vasitəçi olduqlarını, vətəndaşlardan alınan pulların məmurlara çatdırıldığını etiraf etdilər, amma nədənsə əsl təqsirkarların məsuliyyətdən kənarda qaldı. Həm təqsirləndirilən, həm də zərərçəkən şəxslər toplanılan pulların Tərtər şəhər poliklinikasının müdiri Bəkir Nağıyev vasitəsilə icra başçısının müavini Vidadi Bəylərova çatdırıldığını bildirirdi.

Məhkəmə hökmündən sonra Bəkir Nağıyev poliklinika müdiri vəzifəsindən kənarlaşdırılsa da, Vidadi Bəylərov öz postunu qoruyub saxlaya bildi. Cəzasızlıq və toxunulmazlıq statusu ilə V.Bəylərovun adının başqa bir olaya qarışdırdı. Vidadi Bəylərovun olkə qanunlarına riayyət etməməsi oğlundan da kənar keçmədi. Beləki, ötən ilin mart ayında Tərtər rayonunun Buruc kənd ərazisində dəhsətli yol qəzası baş vermiş, rayon sakini Ramil Azər oğlu Quliyevin idarə etdiyi "Hunday Azera" markalı Az 50 -CG -068 nömrə nişanlı avtomaşın aşıb və nəticədə sürücü xəsarət alaraq dünyasını dəyisib. Bu qəza isə Vidadi Bəylərovun oğlu Elxan Bəylərlinin "avtoşluğu” üzündən baş vermişdir. Bu hadisədən sonra V.Bəylərov vəzifədən kənarlaşdırıldı. Amma onun işsizliyi uzun sürmədi...
Elə buradaca xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə müşavirələrdə bəyan edib ki, hər hansı bir məmur və ya onun övladı qudurğan hərəkət edərsə bilavasitə dövlət başçısı tərəfindən cəzalandıracaq. İndiyə qədər bu cür hallarla bağlı Prezindentin qəti mövqeyi dəfələrlər müşahidə olunub. Məsələn, İsmayıllının icra başçısı Nizami Ələkbərov baş verən məlum olaylara görə işdən çıxarılıb. Xəzər Dəniz Gəmiçilik İdarəsinin rəis müavinin oğlununu qudurğancasına 3 nəfərin həyatına son qoyması da ona bağışlanmadı və Prezident onu işdən çıxardı. Analoji vəziyyət bir müddət əvvəl Tərtərdə də yaşanmışdı. Belə ki, icra başçısının müvaini Vidadi Bəylərovun oğlu avtoşluq edərkən bir nəfərin ölümünə səbəb olmuşdu. Nəticədə, oğul Bəylərovun həbsi reallaşdı və atası isə bəzifəsindən qovuldu. Amma gedişat belə deməyə əsas verir ki, V.Bəylərov xüsusi gücə və toxunulmazlığa malikdir ki, bu cəzalar ondan yan keçir. Məsələ ilə bağlı redaksiyamızı bilgiləndirən mənbənin sözlərinə görə V.Bəylərovun əsas himayədarı o bölgənin qubernatoruna çevrilən Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevdir və Tərtərə yeni icra başçısı təyin edilmiş, Elmar Vəliyevin kadrı sayılan Müstəqim Məmmədov bu səbəbdən Prezindetin tapşırığı əsasında işdən qovulmuş Vidadi Bəylərova vəzifə tapıb. Onu da bildirək ki, V.Bəylərovla Tərtər rayon icra başçısı M.Məmmədov həm də tələbə yoldaşı olub.

Cumhuriyyet.az-ın verdiyi məlumata görə, V.Bəylərov Tərtər Telekommunikasiya İdarəsinə müdir təyin edilənədək ona daha yağlı vəzifə veriləcəkmiş. Məlumata görə, M.Məmmədov E.Vəliyevlə birlikdə V.Bəylərovun xahişini Əhməd Əhmədzadədən ediblər. Xahiş belə olub ki, o, Tərtərçay Hidroqovşaq İstismarı İdarəsinin müdiri olsun. Lakin Əhmədzadə tanımadığı, daha doğrusu, Prezidentin göstərişi ilə işdən qovulmuş birinə vəzifə verməmək üçün məsələdən boyun qaçırıb.
Məlumatlarda deyilir ki, Vəliyevlə Məmmədov hətta Bəylərovun könlünü almaq üçün ona bəzi vədlər də veriblər. Məsələn, ona deyilib ki, qardaşı Qabil Bəylərov yaxın vaxtlarda Tərtər İcra Hakimiyyətində Ərazi İdarətmə şöbəsinə müdir gətiriləcək. Q.Bəylərov isə hazırda rayonun Mənzil Kommunal Təəssərrüfatı İdarəsinin müdiri işləyir. Amma məlumatlarda o da deyilir ki, məsələ bununla da bitməyəcək. Belə ki, Vidadi Bəylərov bir müddətdən sonra yenidən birinci müavin postuna təyinat alacaq.
Mövzunu davam etdirəcəyik.