backend

“UEFA Europa League” Azərbaycanı bloka saldı

“UEFA Europa League” Azərbaycanı bloka saldı






















“Qarabağ” azarkeşlərinin haqq səsinə qadağa

UEFA-nın Avropa Liqası çempionatının rəsmi Facebook səhifəsi olan “UEFA Europa League” Azərbaycandan olan girişlərə qadağa tətbiq edib.

qaynarxett.az xəbər verir ki, hazırda 9 milyondan çox istifadəçisi olan səhifəyə Azərbaycandan daxil olmaq mümkün deyil.

Səhifə administrasiyasının bu addımı məlum “Qarabağ” – “İnter” matçından sonra azərbaycanlı Facebook istifadəçilərinin bu səhifəyə kütləvi axın etməsi, həmin matçda hakimin qərarından etiraz bildirməsi ilə əlaqələndirilir.

Beləliklə, UEFA “Qarabağ” azarkeşlərinin haqq səsinə qadağa qoyub.

Qeyd edək ki, həmin matçla bağlı videoların əksəriyyəti də “YouTube” sosial şəbəkəsindən silinib.