backend

Pahoooo…. Nazirlərimiz latın qrafikası ilə yaza bilmir?

Pahoooo…. Nazirlərimiz  latın qrafikası ilə yaza bilmir?



















Azərbaycanda latın qrafikasına keçidlə əlaqədar məlum prezident sərəncamından ötən illər ərzində dövlət məmurlarının yeni şəraitlə “uyğunlaşmasında” problemlər hələ də qalmaqaldadır

Bu problemlər əsasən özünü mühüm dövlət tədbirlərində qabarıq göstərir. Yaxın mənbədən bu günlərdə əldə etdiyimiz şok xəbər hələlik təsdiqini tapmasa da, adamı heyrətləndirməyə bilməz. Belə ki, yaxın mənbənin məlumatına görə, hələ də kiril qrafikası ilə işləyən yüksək çinli məmurlar var. Onların əksəriyyəti rusca təhsil alıb. Həmin məmurlar gündəlik rəsmi yazışmalarda latın qrafikasından istifadə etməkdə çətinlik çəkdiyi üçün bu əziyyətli işi öz tabeçilyində olan gənc əməkdaşların boynuna qoyur. Mənbə dediklərinin təsdiqi kimi, kirilə öyrəşmiş məmurların hətta öz çıxışlarını da bu əlifba ilə çap etdirərək yüksək tribunalardan oxuduğunun dəfələrlə şahidi olduğunu önə çəkir və qeyd edir ki, bu biabırçılıq rayon icra strukturlarının rəhbərləri arasında daha geniş yayılıb. Mənbənin sözlərinə görə, icra başçılarının mütləq əksəriyyətinin latınca yazı savadı yoxdur. “Latın qrafikası ilə yazmaqda çətinlik çəkən məmurlara qarşı hansı tədbirlər görülə bilər?” sualını cavablandıran mənbə hesab edir ki, onların qarşısına qoyulmuş vaxt limiti artıq çoxdan başa çatıb. Ötən illər ərzində məmurlar bu çatışmamazlıqlarının öhdəsindən gəlmək üçün çalışmalıydılar. Buna baxmayaraq, məmurların ciddi cəzalandırmaq ehtimalı azdır. Ola bilsin ki, kiril qrafikası ilə yazıb-oxuyan yüksək çinli məmurların siyahısı mətbuatda dərc ediləcək. Lakin bu ehtimal da bir o qədər real görünmür.
Sonda mənbə birmənalı olaraq onuda əlavə etdi ki, kirillə yazıb-oxumağın güdazına nazirlərin və millət vəkillərinin gedəcəyi şəksizdir. Çünki, rəsmi tədbirlərdə bəzi nazirlərin yazı mətnini üzündən oxuya bilmədiyi dəfələrlə üzə çıxıb. Bu isə həqiqətən, utandırıcı fakt sayılır.