backend

Köçkünlər ayağa qalxdılar: ““Azəriqaz” hesabat versin!”

Köçkünlər ayağa qalxdılar: ““Azəriqaz” hesabat versin!”



















Goranboy rayonunun Qaraçinar, Yenikənd, Meşəli və bu ərtafdakı bir neçə kənd sakinlərinin çətin qış günlərində üzləşdiyi problem barədə sizə məlumat vermişdik. Bununla bağlı müxtəlif dövlət qurumlarının münasibətini öyrənmişdik. Məsələ ondadır ki, bu kəndlər dağlıq ərazidə yerləşdiyi üçün qış bu yaşayış məntəqələrində çox sərt keçir. Ona görə də insanlar qışda qızınmaq üçün oduncaqdan istifadə etmək məcburiyyətində qalırlar.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirmişlər ki, bu kəndlərə qaz xətti çəkmək onların səlahiyyətində olan iş deyil: ”Biz məcbur köşkünlər harada məskunlaşırsa, onların kommunal xərclərini ödəməklə məşğuluq. Həmin ərazilərə qazın çəkilməsi bizim səalhiyyətimizdə olan məsələ deyil”.
Eyni zamanda “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Kərbalayev da açıqlamasında qeyd edib ki, Goranboy rayonunun Qaraçinar kəndinə qazın verilməsi 2015-ci il dövlət proqramına salınıb. 2015-ci ildə Q araçinar kəndinə qaz veriləcək. Amma ətrafdakı digər kəndlərə - Meşəli və Yenikəndə qazın verilməsi məsələsi daha sonrakı ilin dövlət proqramına salına bilər.

Verilən açıqlama ilə tanış olan məcburi köçkünlər Modern.az saytı vasitəsilə “Azəriqaz” İB müraciət ediblər.
Müraciətdə sakini olduqları kəndlərin dövlət proqramına salınmamasının hansı meyarlarla əsaslandırıldığını öyrənmək istəyirlər. Bununla bağlı sakinlər “Azəriqaz”dan hesabat da tələb edirlər. Onlar qeyd ediblər ki, ana qaz xəttinin Qaraçinar kəndindən keçməsinə baxmayaraq, bura qaz verilmir. Amma onların kəndlərindən daha ucqarda olan yaşayış məntəqələrinə mavi yanacaq verilir.
Üç ildən artıqdır ki, Qaraçinar, Meşəli və Yenikəndin yanından qaz xətti keçir və insanlar ona ancaq həsədlə baxırlar. Halbuki, bu kəndlərin qonşuluğundakı Şəfəq kəndində mavi yanacaq insanların ixtiyarına verilib.
Gorarnboyun Ağcakənd qəsəbəsinə gedən mavi yanacaq xətti Qaraçinar kəndindən keçir. Qaraçinarda evlərə qaz boruları da çəkilib. Buna baxmayaraq neçə ildir ki, insanlar cəmi bir metirlikdə olan bu xəttdən istifadə etmək imkanından məhrum ediliblər.

Qaçqın və məcburi köçkünlər məsələnin həlli üçün ölkə Prezidentinə, Azərbaycanın birinci xanımına müraciət edəcəklərini bildiriblər.