backend

Aminin vəziyyəti pisləşdi: Anası müalicə üçün müraciət edib - VİDEO

Əsirlikdən qayıdan hərbçi Amin Musayaevin anası müraciət edərək kömək istəyib.

KONKRET.az xəbər verir ki, Aminin anası ilk ölkə rəhbərinə oğlunun əsirlikdən azad edilməsinə görə təşəkkür edib. Ana daha sonra bildirib ki, oğlunun müalicəsi dayanıb. Belə bir durumda onun vəziyyəti ağırlaşıb.O, aidiyyatı qurumlardan tezliklə əsgərin müalicə edilməsini xahiş edib.

Ana qeyd edib ki, həyat yoldaşı olmadığı üçün bütün ağırlıqlar onun üzərində qalıb. Oğlunu müalicə etdirməyə imkanı olmayan ana kömək istəyib.

Ətraflı videonu təqdim edirik: