backend

Sürücülər cərimələri “ASAN Xidmət”də ödəyəcəklər

Sürücülər cərimələri “ASAN Xidmət”də ödəyəcəklər






















Yenilik tətbiq olunur

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) gələn ildən prezident İlham Əliyevin “ASAN ödəniş” sistemi ilə bağlı imzaladığı fərmanın icrasına başlayacaq.

qaynarxett.az xəbər verir, fərmana əsasən, inzibati cərimələrin ödənilməsini təmin edəcək çoxfunksiyalı sistem yaradılacaq.

Bu məqsədlə əhalinin sıx olduğu yerlərdə xüsusi “ASAN Ödəniş” terminalları quraşdırılacaq.

Məsələ ilə bağlı açıqlama verən “ASAN Xidmət”in ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Anar Hüseynov bildirib ki, sistemin tətbiqinə 2015-ci ildən başlayacaq:

“Pilot layihə olaraq yanvar ayından nəzərdə tutulub. İlkin mərhələdə yalnız yol hərəkəti qaydaları ilə bağlı cərimələrin ödənilməsi tətbiq olunacaq. Yenilik tam şəkildə istifadəyə verildikdə, həm ictimaiyyətə həm də KİV nümayəndələri üçün təqdimat keçiriləcək”.