backend

Bakıda şirkət əməkdaşları karantinin yumşaldılmasını qeyd etdi - Video

Bakıda restoranların birində toy məclisinin keçirilməsi barədə sosial şəbəkələrdə videogörüntü yayılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, araşdırma zamanı müəyyən edilib ki, qeyd edilən görüntülər toydan deyil. Həmin şəxslər karantin rejiminin yumşaldılmasını qeyd etmək üçün məclis təşkil ediblər.

Belə ki, fevralın 2-də Nizami rayonunda yerləşən “Muğam Ocağı” restoranında “Soel” parfum şirkətinin 14 əməkdaşı xüsusi karantin rejimi qaydalarının yumşaldılması ilə bağlı məclis təşkil ediblər.

Hazırda məsələ ilə bağlı araşdırma aparılır.