backend

XOCAVƏNDİN İCRA BAŞCISI BARƏDƏ ŞOK FAKTLAR YAYILDI - Nərgiz təpə SEVGİSİ....

Xocavəndin icra başçısı vəzifə səlahiyyətlərindən istifadə edərək böyük sahibkara çevrilib

Qaynarxett.az-a daxil olan geniş məktubda da bu məsələ diqqətə çatdırılır. Məktubda qeyd olunur ki, düşmən işğalı altında olan Xocavənd rayonunda düz 29 il icra hakimiyyətini başçısı vəzifəsində işləyən Eyvaz Hüseynov öz vəzifə səlahiyyətlərindən istifadə edərək böyük sahibkara çevrilib. Həmin məktubu hissə-hissə olaraq oxucularımızın ixtiyarına catdırıriq:

Eyvaz Hüseynovun Nərgiz təpə SEVGİSİ

Xocavənd rayonunun geniş, münbit torpaq sahələrini zəbt edərək özünün və qardaşlarının minlərlə qoyun-quzusu, mal-qarası, əkin sahələri olan təsərrüfatını yarada bilib. Başı bu təsərrüfata qarışan E.Hüseynov bir rayonun icra başçısı olduğunu unudub, özünü təsərrüfat müdiri kimi aparır. İşi-gücü Nərgiz təpə deyilən ərazidəki təsərrüfatını genişləndirməkdən ibarətdir. Eyni zamanda həmin torpaqları əllərində saxlamaq üçün Nərgiz təpə ərazisində respublika səviyyəli abadlıq işləri aparıb.

Rayon icra hakimiyyəti başçısının bu hiyləgər siyasəti, artıq əhalini cana yığıb. Təsəvvür edin, ayda iki-üç dəfə şəxsi maşınlarla tozun-torpağın içində bu yolu gedib gələsən, hələ ora idarələrdən yığılan pulların xərcləndiyini demirəm, yalandan orda-burda xırda abidələr qoyasan, nə var-nə var burada döyüşlər gedib. Əslində isə əsas məqsəd Prezidentin iri fermer təsərrüfatlarının yaradılması barədə tövsiyyələrinə qarşı çıxaraq zəbt etdiyi torpaqları əldə saxlamaqdır. Məqsədi öz şəxsi təsərrüfatını genişləndirmək olan icra başçısının rayonu necə idarə etməsinə gəlincə, bu sahədə durum sözün həqiqi mənasında bərbaddır.

Eyvaz Hüseynov rayonu talamaqla məşğuldur. Belə ki, rayondakı dövlət idarələrini çapıb-talayan E. Hüseynov heç bir şikayətə, xahişə məhəl qoymur. Əksinə, yaxın adamlarına da şərait yaradır ki, məcburi köçkün taleyi yaşayan insanları ağır şərtlər altında soyub-talasınlar.

Rayon icra hakimiyyətini başçısı E.Hüseyno şəxsən rayondakı dövlət idarələrinə hər ay qeyri-qanuni “haqq” ödəmək barədə tapşırıq verib. Rayonda faktiki olaraq korrupsiya, rüşvətxorluq və məmur özbaşınalığı hökm sürür. Bu yığımları isə başçının müavini, əlaltısı, buyruqçusu Azər adlı şəxs həyata keçirir.

Xatırladaq ki, Eyvaz Hüseynov Qarabağda vuruşduğunu, dəfələrlə yaralandığını iddia edərək rayonu talamaqla məşğuldur. Sanki respublikada bu ailədən başqa heç kim əlinə silah almayıb. Düşünürəm ki, Qarabağ müharibəsində qəhrəman ola bilməyən E.Hüseynova Xocavənd torpaqlarını zəbt etdiyi üçün “milli qəhraman” adını ermək olar. İşi, gücü ancaq özlərinin reklam edərək, oturduqları stolu qorumaq olan bu çeteni hökmüranlığı nə qədər çəkəcə heç kim bilmir. E.Hüseynovun varlanmaq ehtirası o qədər alovlanıb ki, hətta böyük saxtakarlıqlara imza atmaqdan belə çəkinmir.

Ardı var...

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Qaynarxett.az