backend

"Günəşli otel" yoxa çıxıb?

"Günəşli otel" yoxa çıxıb?



















Lap bu yaxınlara kimi Bakının Xətai rayonu ərazisində, Babək prospektində, bir az da dəqiq desək, İnterpetrol YDM-nin yaxınlığında "Günəşli otel" adı altında kafe fəaliyyət göstərirdi

Düzü, kafenin giriş qapıları üzərindən asılmış reklam lövhəsindəki otel sözünü görəndə adam bir az çaşbaş qalırdı.Bilmirdi ki, bura kafedi, yoxsa otel. Həyətdə sıralanmış kabinetlər gecə saatlarında biabırçılıqlar məkanına çevrlirdi. Bu barədə bir müddət öncə qəzetimizdə yazı getmişdi. Sual etmişdik ki, doğrudanmı Xətai RPİ-nin əməkdaşları bu mənzərəni görməyiblər? Bu günlərdə kafenin giriş qapısında asılmış reklam lövhəsinin hansısa səbəbdən çıxarıldığını gördük. Elə bildik ki, əxlaqsızlıq yuvası kimi ad çıxarmış bu kafenin fəaliyyəti dayandırılıb. Doğrusu sevindik ki, heç olmasa daha bir fahişəxananın axırına çıxa bilmişik. Lakin sən demə burada hər şey öz "qaydasında"ymış. Sadəcə sutenyorlar yarımleqal rejimə keçib. Yaxınlıqdakı dəmir sexində işləyənlərdən biri bizimlə söhbət zamanı söylədi ki, axşam saatlarında kafedə əvvəlki kimi "qoşa qanad quşların" əlindən tərpənmək olmur. Adama bəzən elə gəlir ki, burada qəbirstanlığın həndəvərində deyil, "cənnət" bağındasan. Bir-birindən gözəl qız... bağışlayın, quşların cəh-cəhindən adam hayıl-mayıl olur. Reklam lövhəsi çıxarılmış bu kafedəki qələbəlikdə hamı hal əhlidi, deyirlər kimin həqiqətən adam kiminsə ruh, ya kabus olduğunu ayırd eləmək çətindi. Qərəz, "duxun" çatır durub bu kabuslardan birinə əzlaqsız de görüm, deyə bilərsənmi? Canın üçün o saat başını bədənindən ayırıb o dünyaya qayıdışsız məzuniyyətə göndərərlər. Deyilənə görə bu qəhqəhəxanadakı ədəbsizliklərin himayədarı Xətai RPİ-nin hörmətli şəxslərindən biridir. Lakin deyilənə görə Xətai polisindəki son rəhbər dəyişiklikləri "xozeynin" xeyrinə işləməyib. Mən demədim ki, heç kəsin, adsız qalmış bu kafenin təyinatı ilə bağlı söz güləşdirməyə ixtiyarı çatmır. Çatır, amma necə çatır, bax bu çataçat mənim qafama çatmır.

Məmməd Məmmədov