backend

Vilayət Eyvazovdan YENİ TƏYİNAT

Tovuz polisinə yeni müavin təyin olunub. Daxili İşlər naziri, general polkovnik Vilayət Eyvazovun əmri ilə Tovuz rayon Polis Şöbəsinə yeni müavin təyin edilib.
Baku.ws verdiyi məlumata əsasən, polis polkovnik leytenantı Anar Xəlilov Tovuz rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin olunub.

Bu təyinata kimi A.Xəlilov Masallı rayon Polis Şöbəsində işləyib.