backend

İlham Əliyevin ötən ili

İlham Əliyevin ötən ili






















Bir il ərzində 23 səfər və 78 obyekt açılışı

Ölkənin rəsmi “Azərbaycan” qəzeti prezident İlham Əliyevin 2014-cü il ölkədaxili səfərlərinə həsr olunan statistik məqalə dərc edib.

qaynarxett.az xəbər verir ki, məqalədə prezidentin bir il ərzində 23 səfər və 78 obyekt açılışı həyata keçirdiyi qeyd edilir. Belə ki, yola saldığımız 2014-cü ildə dövlət başçısının respublikamızın şəhər və rayonlarına (Qəbələyə iki dəfə, Gəncəyə iki dəfə, Göygöl, Sumqayıt, Ağdaş, Şamaxı, Neftçala, Xızı, Ağdam, Bərdə, Beyləqan, Füzuli, Horadiz, İsmayıllı , Abşeron, Daşkəsən, Naftalan, Goranboy, Şəmkir, Sabirabad və Naxçıvan MR daxil olmaqla) 23 səfəri baş tutub.

Dövlət başçısı bu səfərlər çərçivəsində bir sıra mühüm obyektlərin, mədəniyyət mərkəzlərinin, muzeylərin, parkların açılışını edib avtomobil yollarının yenidən qurulması işləri ilə tanış olub, təməlqoyma mərasimlərində iştirak edib, hərbi hissələrə baş çəkib və sakinlərlə görüşlər keçirib.

Prezident 2014-cü ilin ilk səfərini Qəbələyə, son səfərini isə Sabirabada edib.