backend

İran-Türkiyə böhranı: ümid Azərbaycana qaldı

İran-Türkiyə böhranı: ümid Azərbaycana qaldı

















Bir müddət öncə İranın Türkiyə ilə yaşadığı TIR böhranı ikincinin Azərbaycanla müqavilə bağlamasıyla nəticələnə bilər

qaynarxett.az-nun məlumatına görə, Axar.az xəbər verir ki, iki ölkə arasında yaranan gərginlik artıq pik həddə çatıb və Türkiyə tranzit yol kimi Azərbaycanla uzunmüddətli müqaviləyə hazırlaşır.

Türkiyə Azərbaycana Xəzərdə dəniz daşımalarının sistemləşdirilməsi və təkmilləşdirilməsi məqsədilə birgə müəssisə yaratmağı təklif edib.

"Trend"in məlumatına görə, bu barədə Türkiyənin "Denizhaber" agentliyinə ölkənin Nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Lütfi Əlvan məlumat verib.

Nazir əmin olduğunu bildirib ki, Bakı-Tiflis-Qars (BTQ) dəmir yolunun istismara verilməsi Xəzərdə dəniz daşımalarının sayının və intensivliyinin artmasına səbəb olacaq: “Bu məsələ (Xəzərdə daşımaların sistemləşdirilməsi üzrə əməkdaşlıq) Azərbaycanla aparılan danışıqların mövzusudur və biz səhmdar kimi çıxış edə biləcəyimiz birgə müəssisənin yaradılmasına hazırıq”.

Bildirək ki, bir müddət öncə İrandan Azərbaycana gələn TIR-lar sərhəddə problem yaşayırdı. Beynəlxalq Nəqliyyatçılar Dərnəyinin (UND) sədri Fatih Şener açıqlamasında ölkəsinin İranla yaşadığı TIR böhranından sonra istiqamətləri dəyişmək məcburiyyətində qaldığını söyləmişdi.

İki ay öncə isə İran Türkiyə TIR-larının sərhəddən keçidi üçün son məbləği 5 dəfə artırdı. Bir müddətdən sonra bununla kifayətlənməyən cənub qonşumuz rüsumu yenidən iki dəfə qaldırdı. Böhranın pik həddi isə İranın 750 dollarlıq keçid haqqını 1500 dollara yüksəltməsi oldu. Bundan yarım saat sonra isə Türkiyə tərəfi də keçid haqqını 1500 dollara bərabərləşdirdi. İran daha bir qarşılıq verərək, keçid haqqını 2250 dollara qaldırdı.

Daha sonra İran hökuməti dekabrın 1-dən Türkiyə TIR-larına yanacaq satılmasını qadağan etdi və Türkiyə ərazisindən yanacaq dolduran yük maşınlarının sürücülərindən İran ərazisinə daxil olarkən əlavə rüsum tələb etdi. Böhranın həlli üçün Türkiyə nümayəndələri ilə İran arasında danışıqlar aparılsa da, bu, heç bir nəticə verməyib.

Bu qadağa 10 günlük dayandırılsa da, “Gürbulaq” keçid məntəqəsində 20 km-dən artıq yaranmış uzun növbənin azalmasına çox cüzi təsir etdi.

Yaranmış böhranın qarşısını almaq üçün Türkiyə başqa bir varianta əl atdı. Qəbul olunan qərara görə, TIR-lar bundan sonra tranzit yol kimi İrandan yox, Azərbaycandan keçəcək.