backend

Bakıda azyaşlı uşaq faciəvi şəkildə öldü

Bakıda bədbəxt hadisə baş verib.

"Report" xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Balaxanı qəsəbəsində evlərdən birinin həyətinin darvazası 2014-cü il təvəllüdlü Mustafazadə Məhərrəm Elgün oğlunun üzərinə aşıb.

Nəticədə 7 yaşlı uşaq ağır xəsarətlər alıb. M.Mustafazadə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılsa da, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.