Bakı metrosunda özünü qatarın altına atan şəxs öldü — YENİLƏNİB
750
Bu gün Bakı metrosunda özünü qatarın altına atan şəxs xəstəxanada vəfat edib. "Ölkə.Az" xəbər verir ki, 1971-ci il təvəllüdlü Cəmilov Cəmil Qulam oğlu qapalı kəllə beyin travması və hər iki ayağının sınığı diaqnozu ilə reanimasiyaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
***
Səhər saatlarında metroda intihara cəhd olub.
"Ölkə.Az"-ın əldə etdiyi məlumata görə, hadisə səhər saat 09:18-də qeydə alınıb. "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin verdiyi məlumata görə, 28 saylı qatar Həzi Aslanovdan Dərnəgül istiqamətinə hərəkətdə olarkən Qara Qarayev stansiyasında yaşlı kişi özünü qatarın altına atmaq istəyib.
Qatar həmin şəxsi vuraraq platformaya atıb.
Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağrılıb.