backend

Saraydakı modul tipli xəstəxanada koronavirus xəstələrdən rüşvət alınır - İDDİA

Dünyada və ölkəmizdə koronavirus xəstəliyinin geniş yayıldığı dövrdə əhalinin pandemiyaya qarşı mübarizə istiqamətində həyata keçirilən müfəssəl dövlət siyasətinə və bu sahədə mövcud olan qanunvericiliyə zidd olaraq öz qanunsuz əməlləri ilə əhalinin sağlamlığını təhdid altına alan vəzifəli şəxslərə, habelə onların yaratdıqları korrupsiya şəbəkələrinə qarşı ciddi mübaizəyə başıanılıb.

Qaynarxett.az-a daxil olan məlumata görə Abşeron rayonunun Saray qəsəbəsində yerləşən modul tipli xəstəxanada COVİD-19 virusuna yoluxmuş xastələrdən rüşvət tələb olunur.  Sözügedən müalicə müəssisəsində Təcili yardım vasitəsilə gətirilən xəstələrin qəbulu müxtəlif bəhanələrlə yubadılır və onların yaxınlarından 1000-2000 manat arası "şirinlik" alındıqdan sonra xəstəxanaya qəbul edilir. 

Məlumatda bildirilir ki, bütün bu əməliyyatın başında xəstəxananın baş həkimi Natiq Əliyev dayanır. 

Gün ərzində baş həkimlə əlaqə yaratmaga calışcaq da iş telefonuna cavab verən xanım Natiq həkimin əməliyyatda oldugu bildirildi.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Qaynarxett.az