backend

"Yatmış dahi"nin səsi-sorağı Mingəçevirdən gəlir

"Yatmış  dahi"nin  səsi-sorağı  Mingəçevirdən gəlir



























Əyyub Əyyubovun San-Marino elmi "moda"sı

Bəri başdan bildirək ki, söhbət Mingəçevir turizm kollecinin direktoru, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının «Atatürk» mükafatı laureatı, «İtaliya Sosial-İqtisadi Elmlər Akademiyasının Həqiqi Üzvü»,«Roma şəhərinin Fəxri alimi» iqtisad elmləri doktoru, professor, akademik,bir sözlə müasir elmimizin zirvəsini Migəçevirdə "fəth" eləmiş Əyyub Əyyubovdan gedir.
"Yatmış dahi"nin oyanışı sən deyən, asan başa gəlməyib. Əyyub Əyyubov 1956-cı ildə anadan olub. Doğulduğu kənddə, sovxozda fəhləlik edib. Qeyri-adi istedaı ilə yaşıdlaırndan seçilməyib. Yaşıdlarının dediyinə görə məktəbi də güc-bəla ilə bitirib. Ümumiyyətlə, bu şəxsin elmi karyerasını həmkəndliləri çox zaman ekspertizaya ehtiyacı olan palçıq vulkanı püskürməsinə bənzədirlər. Başqa sözlə desək, Əyyub müəllimin "istedadı" ötən əsrin 90-cı illərinin lap əvvəllərində, sovetlərin iflasından sonra pırtlayıb üzə çıxmağa başladı. Bioqrafiyasında Ukraynada Yol Avtomobil Institutunda “Nəqliyyatın İqtisadiyyatı və İdarəedilməsi “ ixtisası üzrə ali təhsil aldığı bildirilən akademik Aspirantura və Doktoranturanı da Ukraynada bitirib. İqtisad elmlər doktoru elmi dərəcəsi və professor elmi adı alıb. Bütün bu elmi titulları ən qısa müddətdə Əyyub müəllim necə əldə edə bilərdi? Bu sualın cavabı yəqin ki, çoxları üçün maraq doğurur. Ən azı ona görə ki, rəhbərlik etdiyi kollecdə təhsil alan tələbələr arasından kimsə «Roma şəhərinin Fəxri alimi»ni özünə elmi kumir seçmiş olar. Bu aydınlaşdırmanı da inanın ona görə aparırıq ki, gənc nəsil Əyyub Əyyubov kimi alim-akademikin həyat yollarından, onun elmi yüksəlişlərindən, kəşf və ideyalarından xəbərdar olsun. Amma xahiş edirik, bizdən Əyyub müəllimin elmi kəşf və tapıntılarının siyahısını istəməyin. Çünki bu barədə dəqiq məlumatımız yoxdur.
Əyyub Əyyubov San-Marino elmi "moda"sının Azərbaycandakı qocaman təmsilçilərindən biri hesab olunur. O, 1993-cü ildən 2001-cü ilədək San-Marino Beynəlxalq Elmlər Akademiyası Elmlər Mərkəzinin Azərbaycan filialının rektoru vəzifəsində çalışıb. Sonralar, bu elm "ocağının" yumşaq desək, dəbdən düşməsi rektoru daha ciddi elmi işlərə sövq edib. 2006-cı ildən həmin mərkəzin də bilavasitə bazasında yaradılmış Mingəçevir turizm kollecinin derektorudur.
Əyyub Əyyubovun bioqrafiyasındakı digər bir məlumatın da ətraflı araşdırmalara ehtiyacı var. Akademikin Ümumittifaq İdarəetmə İnstitutunda müəllim, Beynəlxalq İdarəetmə Biznes və Hüquq İnstitutunda prorektor vəzifəsində işlədiyi bildirilir, lakin konkretləşmə aparılmır. Apardığımız ilkin araşdırmalardan məlum oldu ki, Ümumittifaq İdarəetmə İnstitutu Ukraynanın Donetsk vilayətinin Slavyansk çəhərində yerləşib. Fəaliyyət göstərdiyi illərdə mənfi reputasiya qazanmış bu institutun rektoru İvan Fyodoroviç Poddubnı olub. Məlumat üçün bildirək ki, İvan Poddubnı əvvəllər Əyyub Əyyubovun elmi rəhbəri kimi təqdim edilib. Ola bilsin, sonralar Poddubnı barədə cinayət işinin açılması, onun həbsi və digər əhvalatlarla bağlı ilginc informasiyalar Əyyub müəllimi bu təqdimatı ictimaiyyətdən gizlətməyə vadar edib.
Slavyanskdakı Ümumittifaq İdarəetmə İnstitutunun fəaliyyətinin 5-ci ilində məlum olub ki, bu ali məktəbin lisenziyası yoxdur, rektor Fyodor İvanoviç Poddubnının özü isə ali təhsilə belə malik deyil, bu təhsil ocağında təhsil qüsurludur, diplomu isə rahat yolla satın almaq olar.
O zaman Poddubnının müdafiəsinə çoxları kimi Əyyub Əyyubov da qalxmışdı. Əlbəttə bu müdafiənin sirli çalarları Azərbaycanda demək olar ki, heç görsənmirdi. Akademik Fyodor İvanoviç Poddubnının təşkilatçılığı ilə "Razbudite spyaşeqo geniya" ("Yatmış dahini oyadın") adlı qəzetin ərsəyə gətiriləcəyi planlaşdırılırdı. Maraqlıdır ki, qəzetin yaradılması üzərində gedən hazırlıq işlərinə akademik Əyyub Əyyubov da cəlb edilmişdi. Ümumiyyətlə, mərhum müəllimi öz çıxış və təqdimatlarında sevimli şagirdlərindən olan Əyyub müəllim barədə həmişə müsbət fikirdə olub. Lakin Əyyub Əyyubovun elmi bioqrafiyasında ağ ləkələr yetərincədir, desək, bəlkə də, yanılmarıq. Məsələn, onun elmi fəaliyyətinin Slavyansk dönəmi üzərindən nədənsə sükutla keçilir. Ukraynada baş verən separatçı olayların fonunda bu sükutun alt qatlarında hansı gizlinləri aşkara çıxarmaq olardı? Sualın cavabını axtarıb tapmaq üçün ilk əvvəl Əyyub müəllimin bioqrafiyasında adları sadalanan ali təhsil müəssisələri barədə informasiya toplamaq lazım gəldi...
Bu barədə oxucularımızla bir qədər sonra söhbətləşərik.

Qurban Quluzadə

"Yatmış  dahi"nin  səsi-sorağı  Mingəçevirdən gəlir