backend

Türkiyədə erməni müğənnini sünnət ediblər

Türkiyədə erməni müğənnini sünnət ediblər






















“Mənə xüsusi forma geyindirdilər...”

Türkiyədə hərbi xidmətdə olan məşhur pop-müğənni Rober Hatemonu sünnət ediblər.

qaynarxett.az news.am-a istinadən xəbər verir ki, bu barədə müğənni “Posta” nəşrinə verdiyi müsahibəsində bildirib.

Onun sözlərinə görə, sünnət barədə təklif komandirindən gəlib. Hatemo qeyd edib ki, komandir onun atasına oğlunun sünnət olunmaq istədiyini bildirib, atası da müsbət reaksiya verib.

“Mənə sünnət mərasimi üçün xüsusi forma geyindirdilər və bu hallar üçün nəzərdə tutulmuş maşında Adana küçəsində gəzdirdilər”, - Hatemo danışıb.

Qeyd edək ki, Rober Hatemo 1974-cü ildə Türkiyənin Çanakkala şəhərində anadan olub. Onun ilk albomu 1997-ci ildə işıq üzü görüb. Onun albomlarından biri Türkiyədə ən çox satılan albomlar siyahısına daxil olub.