backend

Prokurorluq Azərbaycanda ən çox hansı sahələrdə rüşvət alındığı açıqladı

Prokurorluq Azərbaycanda ən çox hansı sahələrdə rüşvət alındığı açıqladı






















Rəsmi məlumat yayıldı

Azərbaycanda daha çox korrupsiya faktı aşkarlanan qurumların adları açıqlanıb.

qaynarxett.az xəbər verir ki, 2014-cü ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev qeyd edib ki, Baş İdarə tərəfindən ötən il istintaqı tamamlanaraq məhkəməyə göndərilən cinayət işləri bir çox sahələri əhatə edib.

Həmin cinayət işlərinin 19-u təhsil sahəsi, 18-i bank sektoru, 3-ü sosial sahə, 7-si yerli icra orqanları, 4-ü bələdiyyələr, 3-ü səhiyyə sahəsi, 2-si daxili işlər və 1-i prokurorluq orqanları ilə bağlı olub.