backend

Baba Rzayev buraları elə günə qoyub ki... - İDDİA

“Azərişıq” ASC-nin sədri Balababa Rzayev vəzifəsindən azad ediləndən sonra Vüqar Əhmədovun həmin vəzifəyə təyin olunması ilə əlaqədar qəbul zamanı cənab Prezident İlham Əliyev dedi:
Mən sizi “Azərişıq” Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, siz bu vəzifəyə məsuliyyətlə yanaşacaqsınız.
Əlbəttə, Prezidentin sərəncamı müzakirə olunmur. Amma cəmiyyətin də söz demək haqqı var.
Artıq 3 ilə yaxındır ki, bu vəzifəni daşıyırsınız, cənab Vüqar Əhmədov .
Bu 3 ildə müsbət nəsə baş verdimi ?
Cənab Prezident, 4 milyon sizin quruma pul ayırdı ki, pandemiya, koronavirus dövrünün çətinliyini aradan qaldırasınız.
Əslində Prezident sənə öz sözünü 3 il əvvəl demişdi. Ki, vəzifənizə məsuliyyətlə yanaşın.
Cənab Vüqar Əhmədov ! Bizim sizin şəxsi personanıza zərrə qədər pis münasibətimiz, qərəzimiz yoxdur.
Amma sizə suallarımız var.
Dövlətin enerji siyasəti sadə məsələ deyil. Bəzən ölkənin işığını bir anlıq söndürürlər. Bu yaxın taridə Serbiyada baş verib.
Yəni sizin vəzifəniz çox məsuliyyətli vəzifədir.
Bir məsələyə yenidən qayıdaq.
“Azenerji”-nin prezidenti Etibar Pirverdiyevin ölkəyə yaratdığı problemi yadınıza salaqmı ?
Həmən problemdən sonra Prezident İlham Əliyevin keçirdiyi müşavirədə məmurlara dedikləri yadınızdadırmı ?
Cənab İlham Əliyev həmən görüşdə dedi ki...
Heç utanırsınızmı ? Siz, sadəcə, utanmalısınız, xalq qarşısında, ölkə qarşısında.
Bunları deməkdə məqsədimiz odur ki, cənab “Azərişıq”ın sədri Vüqar Əhmədov, işlərinizdə dönüş edin.
Etibar Pirverdiyevin aqibəti sizi də gözləyir.
Axı, mövcud pandemiyanı nəzərə alan cənab Prezident sizə hər cürə, həm də maliyyə dəstəyi verir. Özü də 4 milyon.
Bəs siz neyləyirsiniz ?
Gedib harada kasıb-kusub, imkansız, qazi, veteran varsa onların işığını kəsirsiniz.
Bəs istixanaların, metaləritmə sexlərini və s işığını niyə kəsmirsiniz ?
Bir metaləritmə sexi bir gündə bilirsən nə qədər işıq sərf edir ?
Niyə onların işığını kəsmirsiniz ?
İndi bildinizmi dövlətin ayırdığı 4 milyon hara sərf olunur ?
Daha dorğusu, şəxsi ciblərə gedir.
Araşdırmamız davam edir.
 //gundelik-baku.com//