backend

Panama Prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib

Panama Respublikasının Prezidenti Laurentino Kortizo Kohen Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Məktubda deyilir:
"Cənab Prezident.
Panama Respublikasının xalqı və hökuməti adından, şəxsən öz adımdan əlamətdar tarix olan 28 May - Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.
Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək Azərbaycan xalqının firavanlığı və tərəqqisi üçün ən səmimi arzularımı, habelə hökumətimin ölkələrimiz arasında mövcud olan dostluq əlaqələrini davam etdirmək niyyətini çatdırmaq istərdim.
Bir daha Zati-alinizə ən yüksək hörmət və ehtiramımı ifadə edirəm".