backend

Misir Mərdanovun oğlunun obyekti bağlandı

Misir Mərdanovun oğlunun obyekti bağlandı

















Keçmiş nazirin oğlu Rizvan Mərdanovun paytaxtın ən dəbdəbəli və bahalı restoranlarından olan "Express cafe”si qapadılıb. Bunun səbəbləri açıqlanmır

Bu barədə Tia.az saytı məlumat yayıb. Məlumatda bildirilir ki, restoranın bayır hissəsində təmirə bağlanması ilə bağlı elan vurulub. Bəzi məlumatlara görə, Rizvan Mərdanov külli-miqdarda borcu olduğuna görə restoranı satmağa məcbur olub. Restoranın kim tərəfindən alındığı da deyilmir.
Hüseyn Cavid prospektində yerləşən bu restoran öz bahalılığı və elitar müştəriləri ilə seçilir. Məlumata görə, restoranın daimi müştəriləri əsasən oğul Mərdanovun dost-tanışı və yaxın çevrəsi olub.