backend

Abseron Zeytun bağlarinda NƏ BAŞ VERİR? - Fotolar

Azərbaycanda son illər zeytunçuluq tənəzzülə uğrayıb. Sovet dövründə Abşeron yarımadasında salınmış və sovxozlara məxsus zeytun bağlarının əraziləri sonradan zəbt olundu, qırılan zeytunların yerində villalar ucaldıldı. Qalan zeytun bağları isə aqrotexniki qulluq göstərilmədiyindən baxımsız qaldı, məhsuldarlıq aşağı düşdü.

Əldə olunmuş məlumata əsasən Xəta rayon Zığ şossesinin alt və üst hissəsində yerləşən Abşeron Zeytun bağları 93.92 ha olsa da ,həmin ərazinin hal hazırda 88 ha olduğu barədə şübhələr müəyyən olunub. Qaynarxett.az-ı məlumatlandıran mənbə iddia edir ki, Abşeron Zeytun bağları xüsusi bir MMC kimi fəaliyyət göstərir. Rəsmi olaraq heç bir şirkətin tabeçiliyində mövcud deyil. Ərazini qeyri-qanuni salınmış qəbiristanliq, qanunsuz zəbt olunmus sənədsiz evlər əhatə edib. Abseron Zeytun bağlarina məxsus 2 ədəd böyük su anbarının yüksək məbləğə satıldığı iddia olunur.

Mənbə həmcinin bildirir ki, 2018-çi ildə Həsənov Elşən Bəşir oğlu adında özünü keçmiş MTN polkovniki kimi təqdim edən bir nəfər Qoca adlı şəxs ilə Abşeron Zeytun bağlarinda özünəməxsus araşdırma aparmış və Abşeron Zeytun bağlarınin rəhbəri Bəhruz Piriyevlə qarşılıqlı razılaşma əsasında araşdırmanı dayandırmış və həmin araşdırmanın heç bir nəticəsi olmamışdir.

Elşən Həsənov həmin ərazidə kimin və hansı təşkilatın göstərisi əsasında araşdırma aparması hələ də məxfi olaraq qalır.

Mövzuya qayıdacağıq.

AMİD.