backend

"Dalğa Hotel" əxlaqsızlıq yuvası - Bir neçə dəfə bağlansa da, yenidən açılıb

Paytaxtın Babək prospektində üzü Günəşli istiqamətində gedən yolun sağ cinahında mövcud olan "Dalğa Hotel" əxlaqsızlıq yuvası aşkarlanıb.


Qaynarxett.az xəbər verir ki, əxlaqsızlıq yuvasında qiymətlər 30-40-50-60 AZN arasında dəyişir.


"Hosteldə girişdə sol tərəfdə Club fəaliyyət göstərir. Jurnalist olduğumu bildikdə adminstrator mənə yaxınlaşraq özünü "Dayı" kimi təqdim etdi. Oz rəhbərliyi ilə əlaqə saxlayıb sonra mənə yaxınlaşıb istirahət ücün pul tələb etsə də, mən imtina etdim".


Vaxtı ilə “Dalğa Hotel” adlanan bu məkan bir neçə dəfə bağlansa da, sonradan yenidən açılıb.


Sakinlər bildirirlər ki, gecələr ərazidə səs-küydən, dava-dalaşdan qulaq tutulur.


“Gecələr adıçəkilən fahişəxanada çalışan qızların sayı çox olur. Gündüz isə burada 2-3 qız çalışır”, - deyə Club-da fahişəxananın fəaliyyətindən narazılıq edən şəxs bildirdi.


ps:

"Dalğa Hotel"dən cəkilən video-görüntülər mantaj olunduqdan sonra izləyicilərə təqdim olunacaq.

ARDI VAR

Amid Aslanoglu.
Qaynarxett.az