backend

“Ağ otel” hansı yüksək çinli məmur tərəfindən HİMAYƏ OLUNUR...

“Ağ otel”– bu obyekt Xırdalan şəhəri ərazisində yerləşir. Hətta bir neçə dəfə bu obyektdə böyük dava, hətta biçaqlanma hadisəsi belə baş verib. Bu otelde isə 70-80-a yaxın otaq fəaliyyət göstərir.

Qeyd edək ki, bu əxlaqsızlıq yuvası barədə dəfələrlə mətbuatda yazılanlara rəğmən hələ də hüquq-mühafizə orqanları ciddi bir tədbir görmür. Görünən odur ki, “Ağ otel” yüksək çinli məmur tərəfindən himayə olunur. Biz həmin məmurun kim olduğ barədə müyyən bilgilərə malikik. Lakin bəzi məqamları dəqiqləşdirdikdən sonra həmin şəxs barədə geniş məlumat verəcəyik.

...

02.07.2021 çi il tarixində, saat 21:00 radələrində ərazidə yemək yemək istədik.

Ortada var-gəl edən şəxsə yaxınlaşdıq.

Həyət böyük futbol meydançasına bənzəsə də, çöldə nə personal, nə də ki, stol, stul gözümuzə dəymədi.

Əraziyə daxil olan nəqliyyat vasitələrindən isə mütləq bəy və xanım şəxslər enirdi.

...


“Ağ otel”də baş verən biabırçılıqlar haqda, bugünədək əksər mətbu qurumlarda çox yazılıb, çox da danışılıb. Onu da unutmaq olmaz ki, nəzər-diqqətin daha çox bu ünvana yönəldilməsinin bir çox səbəbləri var. Əvvəla onu qeyd edək ki, “Ağ otel” mərkəzi ərazidən bir qədər kənarda, daha dəqiq desək səssiz-küysüz bir ünvanda yerləşir. Elə bu səbəbdən də, mərkəzi ərazilərə nisbətən havasının təmizliyi, ümumi görkəminin cəlbediciliyi ilə diqqəti cəlb edən hotelə, gündəlik çoxsaylı müştərilər üz tuturlar.
Əvvəla onu bildirək ki, “Ağ otel”in adında xüsusi bir məna var. O halda sual oluna bilər ki, bir çox göstəriciləri ilə əksər ünvanlardan fərqlənən bu hoteldə nələr baş verir ki, hər kəs bu ünvan haqda həm haqlı iradını, həm də qol qoyulan həngamələrə giley-güzarını bildirir. Elə bu səbəbdən də, hələ bir müddət bundan əvvəl məcbur olduq ki, “Ağ otel”in fəaliyyəti haqda bir qədər araşdırmalar aparaq və sadalanan iradların, giley-güzarların səbəblərini müəyyən edə bilək. Apardığımız araşdırmalar zamanı o da məlum oldu ki, “Ağ otel” ictimai-iaşə obyekti adı altında fəaliyyət göstərir. Belə bir tabeçilik prinsipinin varlığıonu müəyyən edir ki, həmin ünvana üz tutanlar “Ağ otel”də normal istirahət etməlidir. Görəsən bu ünvanda tələb olunan ehtiyaclar bu yöndə ödənilirmi?

İlk olaraq müşahidələriiz və gördüklərimiz bizi dəhşətə gətirdi. Çünki, bu ictimai-iaşə obyekti illərdir ki, ən böyük əxlaqsızlıq yuvalarından biri olaraq fəaliyyət göstərməkdədir. Apardığımız araşdırmalar zamanı o da məlum oldu ki, fəaliyyətinin əsas vaxtı axşam saatlarına təsadüf etdiyindən, həmin ünvanda axşamüstü müştərilər daha çox olur. Hotelin giriş qapısında sərasər dayanan qoluzorlular isə, ilk əvvəl hotelin həyətinə daxil olan avtomobilləri yerbəyer edir və cütlüklərə yol göstərir. Çox keçmir ki, həmin ünvana təşrif buyuran “qonaqlar”a müxtəlif qiymət həddində olan otaqlar təklif olunur. Seçim etmək ixtiyarı isə,  müştərilərin öhdəsinə buraxılır. Yəni, bu hoteldə hər otağa görə müəyyən olunmuş qiymət həddi var.

Əldə etdiyimiz digər məlumatlara görə, bu gün hoteldə idarəçiliyi həyata ecirən şəxs bu kimi işlərdə kifayət qədər təcrübəsi olduğundan, “Ağ otel”in həqiqi sahibi heç zaman üzə çıxmır və idarəçiliyi ona həvalə edir. Sağ olsun o da bugünədək əldə etdiyi iş təcrübəsini bu yöndə səfərbər edir və hər otaqda qadınların cinsi istismara məruz qalmaları üçün lazımi şərait də yaradır. Yəni, həmin ünvana üz tutan cütlüklərdən nigahda olub-olmamaları haqda heç bir söz soruşulmur, göstərilən xidmətin müqabilində bir kimsəyə ödəniş qəbzi verilmir. Cütlüklərin istifadə etdikləri əşyaların, hansısa virusun daşıyıcısı olub-olmaması, çox zaman əksəriyyətdə müəyyən şübhələrin əmələ gəlməsinə də səbəb olur.

Bəli “Ağ otel” bu gün ən böyük əxlaqsızlıq yuvası olaraq fəaliyyət göstərir. Minbir xəstəliyin daşıyıcısı olan hotelin bu yöndə fəaliyyəti, sözün həqiqi mənasında biabırçılıqdır, olduqca utanc hissi yaradan haldır.

Təəccüb və təəssüf hissi doğuran hal odur ki, bu gün qadınların, azyaşlı qızların cinsi istismarına şərait yaradılan bir ünvanda hansı mədəniyyətdən, hansı əxlaqdan, hansı namusdan, hansı qeyrətdən danışmaq olar? Ona görə də biz o halın varlığına inanırıq ki, “Ağ otel”də baş alıb gedən həngamələrə, hər cür çirkinliklərə və s. hüquq-mühafizə orqanı əməkdaşları heç bir halda göz yummayacaq.

Bu yöndə araşdırmamız davam edəcək.

Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.


Qaynarxett.az