backend

Azərbaycan əhalisi banklara olan 1 milyard manat borcunu ödəmir

Azərbaycan əhalisi banklara olan 1 milyard manat borcunu ödəmir






















Problemi kreditərin həcmi son beş ildə 3 dəfə artıb

2014-cü ilin yanvar-noyabr aylarında Azərbaycanın hüquqi və fiziki şəxslərinə verilmiş kreditlərin məbləği 19,1 faiz artaraq əvvəlki illərdə verilmiş kreditlər də nəzərə alınmaqla, 18,2 milyard manata çatıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, kreditlərin 79,5 faizi uzun müddətə (təxminən 15 milyar manatı) verilib.

Verilən kreditlərin 5,4 faizinin ödəmə vaxtı keçib, belə ki bununla ölkədə qaytarılmayan kreditlərin həcmi 1 milyard manatı keçib.

Məlumat üçün bildirək ki, Mərkəzi Bankın məlumatına görə, 2014-cü ilin yanvar ayında Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 815, 1 milyon manat təşkil etdiyi halda, noyabr ayında isə bu rəqəm 981,5 milyon manat olub. Beş il ərzində də, bu rəqəmin artığını müşahidə edə bilərik.

Kredit portfelində vaxtı keçmiş kreditlərin həcmi 2009-cu ildə 303,5 milyon manat olduğu halda, 2014-cü ilin statistik məlumatında da göstərildiyi kimi bu rəqəm 1 milyardı ötüb.

Qeyd edək ki, ekspertlər bir çox həll yollarını təklif etsələr də, problemli kreditlərin həcmi artmaqda davam edir.