backend

"DTX, bir zəhmət... bu Musa ilə görüşün... Sizə GÜVƏNİRİK!" - Qaxın bir nömrəli düşməni...

Son günlər Qax rayonunda Şəhid ailələri və Qazilərə qarşı hörmətsizlik pik həddə çatıb. Ötən gün Şəhid polkovnik-leytenant Sadiq Məmmədovun ailəsinə olan hörmətsizlik – icra başçısı Musa Şəkiliyevin Şəhid ailəsinə kobud davranması, Qax Bələdiyyəsinin sədri Eyvaz Orucovun Şəhid ailəsindən 3500 manat rüşvət tələb etməsi Qaxda sosial narazılığı artırıb.

Əslən Qaxdan olan müğənni Vüqar Muradov da icra başçısının Şəhid ailəsinə qarşı davranışına səssiz qalmayıb. Bu barədə özünün Facebook səhifəsində paylaşım edən müğənni Vüqar Muradov icra başçısını qaxlıların 1 nömrəli düşməni adlandırıb.

Qeyd edək ki, müğənni Vüqar Muradov 44 günlük Qarabağ müharibəsində könüllü olaraq cəbhəyə yollanan və Şuşaya qədər gedərək düşmənə qarşı savaşan igid oğullarımızdandır. Müğənni Vüqar Muradovun paylaşımını olduğu kimi təqdim edirik…[/b]

“Qaxın İcra başçısı Musa Şəkiliyev, ya Qax camaatına dəyər ver, problemlərini həll et, şəhidin ailəsinə, qazilərə sahib çıx, ya da şələ-şüləni yığışdır, rədd ol get tutduğun vəzifədən. Sən oğullarını müharibədə gizlətdin, amma Sadiq canını qoydu vətən uğrunda. Sən qaxlıların bir nömrəli düşmənisən. Sənə bütün qaxlılar nifrət edir. Zərrə qədər kişliyin qalıbsa ərizəni yaz bas bayıra. Şəhidimin ayaqqabısında olan qeyrət sənin özündə yoxdur. “Əvvəl necə kasıb yaşamısınız, indi də elə yaşayın”. Bu sözü yataqxanada ailəsi, üç uşağı qalan şəhid polkovnik-leytenant Sadiq Məmmədovun ailəsinə deyib bu meşəbəyi Musa. Ağıllı ol Musa, ağıllı ol. Prezidentin şəhid ailələrinə, qazilərə ayırdığı pulları yemisən, üstündən su içmisən. Zəhər edərik sənə yediklərini. DTX bir zəhmət bu Musayla görüşün. Sizə güvənirik.”

Xatırladaq ki, Vüqar Muradov 44 günlük Vətən savaşında ön cəbhədə könüllü olaraq xidmət göstərib.

"DTX, bir zəhmət... bu Musa ilə görüşün... Sizə GÜVƏNİRİK!" - Qaxın bir nömrəli düşməni...