backend

Müstəqim Məmmədov Tərtəri mafiya qanunları ilə idarə edir - ŞİKAYƏTCİ

QAYNARXETT.AZ: "Salam hörmətli Qaynarxett.az saytının rəhbərliyi.
Nəzərinizə catdırırıq ki, Tərtər rayon Hüsəynli kəndində Cənab Prezidenimizin qəbul etdiyi fərman və qərarlara məhəl qoyulmur. Cunki Tərtər rayon İcra Hakimiyyətinin başcısı Müstəqim bəy rayonu və onun kəndlərini mafiya qanunları ilə idarə edir.

Gəncədə birisi özünü Allah kimi təqdim edib məscidlərə girərək dindar insanlara deyirdi ki, Allahiniza deyin, Elmar gəlib. Allah da, yaratdığı bəndələrindən birinin əli ilə özünü Allaha şərik hesab edən Elmara Allah nədir, göstərdi. Özünü belə idarə etməyəcək bir sərsəri olduğunu subut etdi. Allahin əli və yaxud dili yoxdur kimisə vura, kimisə danlaya və yaxud kiməsə xoşbəxtlik və bədbəxtlik verə. Qurban olduğum Allah mükafatı da, ruzunu da, xoşbəxtlik və bədbəxliyi də, yerdəki yaxşı və pis bəndəsinin əli ilə həyata keçirir.

Nəsə mövzudan bir az  haşiəyə çıxdım qayıdaq məsələyə.
Müstəqim Məmmədov bir neçə kəndlərdə özünə qoçu dəstəsi yaradaraq və həmin qoçuları güc strukturlarindan qoruyaraq Cənab Prezidenimizə qarşı, potensial əlehidarlar formalaşdırmaqdan əl çəkmir. Beləki, Tərtər rayon Hüsənli kəndində Laçın rayon sakini, Qarabağ müharibəsi iştirakçısi, butun nəsli və ailə üzvü YAP-da qeydiyyatda olan Laçın rayon 121 saylı seçki dairəsində katib vəzifəsində olan Aslanov Aslan Sahvərdi oğlu Mustəqimin yaratdığı bandit dəstəsinin əli ilə "razboya" məruz qalıb.

Belə ki, bandaya başciliq edən Bayram adlı şəxs, onun ətrafı Abbasov Xətai, Coşqun, Təhsin, Arif, İxtiyar, İlyas -- siyahini daha da uzatmaq olar. Bu adamlar heç bir məhkəmə qərarı olmadan, bir neçə insanın zülmlə əkib-becərdiyi taxıl, arpa, yonca ərazilərini kənd camaatınin əli ilə məhv etdirmiş, həmin şəxslərə çox ciddi maddi və mənəvi ziyan vurmuşdular.
Həmin şəxslərdən,

1) Seyid Rza
2) Seyid Əkbər
3) Miri
4) Aslanov Aslan və digərlərini misal göstərə bilərik. Gülüstan adlı şəxs dəfələrlə Aslanov Aslan və digər adı çəkilən şəxslərdən pul, heyvan rüşvət alaraq, onlara bildirib ki, bu qərar Müstəqimin qərarıdır. Aslan Aslanov dəfələrlə DİN 102 qaynar xəttinə sikayci kimi müraciət etsə də, həmin şəxslər heç bir intizam və cinayət məsuliyyətinə cəlb olunmayıb. Tərtər rayon Polis idarəsinin rəisi və onun müavini Aslanova bildiriblər ki, bu adı keçən qoçu, mafia üzvlərinə qanun icazə versə də, heç nə edə bilmirlər.. Cunki İcra hakimiyyəti başçısının kəskin şəkildə göstərisi var ki, həmin şəxslərin izahatı alınıb sərbəst buraxilsin.

Bunu Tərtər rayonu Hüsənli kəndində formalaşdırılan Husenli polis məntəqəsinin bütün əməkdaşları təsdiq edə bilər. Husənli polisi (022-235-82-47)
Zərərçəkmislərlə bir-bir tərəfimizdən görüş keçirilmiş və onların ərizələri və video danışıqları qeydiyyata alınmışdır. Yaxin saatlarda bütün internet portalları və xəbər saytlarında yayımlanacaq. Qarsi tərəfin də, məlumatını dərc etməyə hazırıq.


Hörmətlə: Amid Aslanoglu ( 070-310-38-39)"

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Qaynarxett.az