backend

Bir yaşlı ağaclar gecə saatlarında kökündən dogranaraq vəhşicəsinə MƏHV EDİLDİ

Salam hörmətli redaksiya.

Məlumat üçün bildirək ki, 12.07.2021-ci il tarixində, hörmətli bir məlumatlı şəxs mənimlə şəbəkə üzərindən əlaqə yaradaraq bildirdi ki , "Baksol" yolunun Nərimanov rayon ərazisinə düşən hissəsində, Koroğlu metrostansiyasından üzü Elit Ticarət Mərkəzi istiqamətində gələndə, Connectin binasının sağ cinahında yerləşən yerüstü piyada keçidini keçən kimi, sağ çiyin üstə hərəkət edərkən Tamet daşlarının satışı keçirilən ərazidə , Ulu Öndərimiz, rəhmətlik Heydər Əliyevin anım günü münasibətilə Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının təşəbbüsü ilə əkilən bir yaşlı ağaclar gecə saatlarında kökündən kəsici alətlərlə dogranaraq vəhşicəsinə xarabalığa salınıb.

Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının, Nərimanov Rayon Polis İdarəsinin rəisi ilə apardığı söhbət əsasında araşdırma aparılaraq naməlum şəxslər cinayət məsuliyyətinə cəlb edilib. Nərimanov Rayon Məhkəməsinin qərarari ilə həmin vəhşi dəstəyə başçılıq edən şəxsə 10 min (on min manat) cərimə kəsilib. Nərimaov Rayon İcra Hakimiyyətinin məsul işçilərindən biri həmin dəstənin liderinin həqiqətən Qarabağ əlili olub-olmamasıni araşdırmaq, dəqiqləşdirmək üçün məndən kömək istədi.

Hətta onu da, bildirdi ki, vəhşi, qanunu pozan, Ulu Öndərimizin ruhuna belə hörmət qoymayan dəstə Nizami rayonu, Neftçilər Metrostansiyasinin yaxınlığında bir kafedə gündəlik yığışaraq Bakının müxtəlif rayonlarında torpaqların qeyri qanuni zəbt edilməsi və onlar tərəfindən şəxsi obyektilərin tikilməsi və özləri üçün pul qazanmalarıni planlaşdırırlar.

Araşdırma aparırıq. Yaxin günlərdə onların kimliyi barədə ictimaiyyətə rəsmi məlumat təqdim edəcəyik.