backend

ELDƏNİZ SƏLİMOV SAXLANILDI - Hakim qarşısına çıxarılacaq

Bu gün toxunulmazlığı ləğv edilən Milli Məclisin deputatı Eldəniz Səlimov saxlanılıb.

"Report"un xəbərinə görə, o, bu gün Binəqədi Rayon Məhkəməsinə gətirilərək hakim qarşısına çıxarılacaq.

Məhkəmə E.Səlimov barəsinə həbs-qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxacaq.