backend

İmişli rayonu haqqında yayılan xəbərlər əsasızdır - Icra hakimiyyəti

İmişli rayonu haqqında yayılan xəbərlər əsasızdır - Icra hakimiyyəti























İmişli rayon İcra Hakimiyyəti bildirir ki, son günlər mətbuatda yayılan məlumatlar "qara piar"dan başqa bir şey deyil

Açıqlamada deyilir ki, son dövürlər İmişli rayonunda ölkə prezidenti İlham Əliyevin tapşırılqları və göstərişləri əsasında həyata keçirilən abadlıq və quruculuq işləri, regonların sosial-iqtisadi inkişafı istiqamətində yeni iş yerlərinin yaradılması, işsiz vətəndaşların işlə təmin olunmaları istiqamətində atılan addımlar, yerli özünüidarəetmə orqanlarına,bələdiyyələrə keçirilən seçkilərin uğurla aparılması, müəyyən müxalif qüvvələri narahat etməyə başlayıb.

“Elə bunun nəticəsidir ki, daima “ağa qar,qaraya ağ” deməyə çalışan bu qüvvələr İmişli rayonu ilə bağlı ölkə içtimaətində mənfi fikirlərin yaradılması üçün özlərinin “Qara Piar” kompaniyasına start veriblər.

qaynarxett.az xəbər verir ki, bir neçə gün öncə “Yeni Musavat” qəzetində güya İmişli rayon İcra Hakimiyyətində qəbul zamanı vətəndaşın özünü yandırmağa cəht etməsi ilə bağlı xəbərin yayılması, bunun ardınca da ötən gün rayon İH-i qarşısında bir qadının özünə od vurmağa cəhti ilə bağlı xəbərlərlər məhz bu müxalif qüvvələrin mətbəxində hazırlanraq müxalif mətbuatda yayımlandı. Doğurdan da əgər rayon İH-də keçirilən qəbulda vətəndaş özünə od vurubsa, o vətəndaş niyə xəstəxanada deyil, yaxud da vardırsa hansı xəstəxanadadır?”.

Göndərilən açıqlamada daha sonra vurğulanır ki, rayon İcra Hakimiyyəti olaraq bəyan edirik ki, yayınlan informasıyalar yalan və böhtan olmaqla bərabər, eyni zamanda İmişli rayonu ilə bağlı ölkə içtimaətində mənfi fikrin yaradılmasına xidmət edir. “Bunu edənlər isə yuxarıda qeyd etdiyimiz kimi, rayonda mövcud olan müxalif qüvvələrdirlər. Onlar İmişlidə həyata keçirilən quruculuq və abadlıq işlərini,dövlətin müxtəlif iqtisadi və sosual lahiyələrini görməzdən gəlməyə çalışdıqları üçün bu yolu tutublar”.