backend

Bakıda ABŞ səfirliyinə bina tikilməsinə icazə verilmədi

Bakıda ABŞ səfirliyinə bina tikilməsinə icazə verilmədi














Azərbaycan hökuməti ABŞ-la əvvəllər imzalanmış müqaviləyə əsasən Bakıda bu ölkə üçün səfirlik binası tikilməsinə icazə verməkdən imtina edib. Səbəb 2013-cü il seçkilərinin nəticələrinin Vaşinqton tərəfindən tənqid edilməsidir

qaynarxett.az xəbər verir ki, bu barədə “Turan”a məlumatlı diplomatik mənbələrdən bildirilib.

Xəbərdə deyilir ki, bundan sonra dövlət katibi Con Kerri 2014-cü ilin fevralında prezident İlham Əliyevə məktub ünvanlayaraq rəsmi Bakını əməkdaşlığa çağırıb.

Agentlik qeyd edir ki, ABŞ üçün yeni səfirlik binasının tikilməsi zərurəti çoxdan yaranıb. Səfirliyin hazırda yerləşdiyi binanın 100 yaşı var və o, müasir standartlara cavab vermir, üstəlik çox balacadır.

“Səfirliyin indiki binası acınacaqlı vəziyyətdədir. Menecerlər onu normal vəziyyətdə saxlamağa çox çalışsalar da binada vəziyyət normal deyil. Azərbaycan hökuməti səfirliyin yeni kompleks tikintisi üçün yeni ərazi almaq cəhdlərinin qarşsını dəfələrlə alıb” - deyə ABŞ Dövlət Departamentinin 2014-cü ilin aprel-may aylarına dair hesabatında bildirilir.

Hesabatda həmçinin bildirilir ki, “vətəndaş cəmiyyətinə təzyiq tendensiyalarına” baxmayaraq Azərbaycan ABŞ-ın regiondakı ən vacib tərəfdaşıdır.

Bununla belə sənəddə o da vurğulanır ki, “ABŞ səfirliyinin Azərbaycan hökumətinin rəsmi şəxsləri ilə hətta qarşılıqlı maraq doğuran sahələrdə də konstruktiv əməkdaşlıq münasibətlərini qaydaya salmaq səyləri seçkidən sonra çətinləşib”.