backend

Yevlax “MERO”su özünü təmizə çıxarmaq istəyir, amma... – VİDEO/FAKT



BDYPİ-nin tabeliyində fəaliyyət göstərən 7 saylı Yevlax Regional Qeydiyyat-İmtahan və Texniki baxış şöbəsində rüşvətin əldə olunması, sakinlərin “soğan qabığı” kimi soyulmaları, minbir hoqqalarla üz-üzə qalmaları və s. sanki adi məişət məsələlərindən birinə çevrilib desək, heç də yanılmarıq. Bir müddət bundan öncə sosial şəbəkə üzərindən əldə etdiyimiz video-açıqlamadan da görünürdü ki, 7 saylı Yevlax Qeydiyyat-İmtahan və Texniki baxış şöbəsində baş verən rüşvətxorluq və qanunsuzluq “pik nöqtə”yə çatıb. Yəni, Yevlax rayonu, Lək kənd sakini Məmmədov Yasin Əlisa oğlunun TV-23 kanalına göndərdiyi video-materialda hər şey açıq-aydın ifadə olunurdu. Yəni, adı çəkilən bu şəxs bildirirdi ki, “polis polkovnik leytenantı Cavanaşir Vəliyev 7 saylı Yevlax Regional İmtahan-Qeydiyyat və Texniki baxış şöbəsinə rəis təyin olunduqdan sonra, adı çəkilən bu qurumda qiymətlər nə az, nə də ki, çox, düz iki dəfə qaldırılıb. Yəni, Cavanşir Vəliyev dövlət rüsumu 30, yaxud da 40 AZN olan avtomobillərin texniki baxış rüsumunu 85 manata qaldırıb və rüsumun belə bir həcmdə qaldırılması, yeni təyin olunan rəisin tapşırığı əsasında həyata keçirilir”. Maraqlı haldır ki, bir müddət bundan öncə sosial şəbəkələrdə Yevlax Regional İmtahan-Qeydiyyat və Texniki baxış şöbəsində baş verən rüşvət qalmaqalı ilə bağlı görüntülər yayımlanan kimi, bu “MERO”nun əməkdaşları həmin görüntüləri sosial şəbəkələrdən sildirməyə çalışdılar. O halda sual oluna bilər ki, qurum əməkdaşlarının bu yöndə canfəşanlıq etmələrinin kökündə nələr durur? Kim deyə bilər ki, 7 saylı Yevlax Regional Qeydiyyat-İmtahan və Texniki baxış şöbəsində yığılan rüşvət, məhz Cavanşir Vəliyevin “dobro” deməsi nəticəsində baş vermir?

Qeyd edək ki, Cavanşir Vəliyev bugünkü vəzifəsinə qədər 9 saylı Gəncə Regional İmtahan-Qeydiyyat və Texniki baxış şöbəsində rəis vəzifəsində çalışıb. Yevlax Regional Qeydiyyat-İmtahan və Texniki baxış şöbəsində vətəndaşdan rüşvət alınması ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin sözçüsü “Görüntülərdəki qadın Yevlax Regional Qeydiyyat-İmtahan və Texniki baxış şöbəsinin əməkdaşı deyil, o, sığorta şirkətlərindən birinin əməkdaşıdır” deyə açıqlama vermişdi. O halda ortaya belə bir sual çıxır ki, görəsən sığorta şirkətinin əməkdaşı olan həmin qadının iş otağı yoxdurmu ki, o, Yevlax Regional Qeydiyyat-İmtahan və Texniki baxış şöbəsinin inzibati binasının girişində oturub rüşvət yığmaqla məşğul olur? Atalar demişkən “Yalan ayaq tutar, amma yeriməz”.

Bildirək ki, bu yöndə yayılan məlumatları və Baş Dövlət Yol Polisi İdarəsi sözçüsünün açıqlamasını əsas tutaraq bir neçə gün bundan əvvəl Yevlax Regional Qeydiyyat-İmtahan və Texniki baxış şöbəsində olduq. O halda gördük ki, DYP-nin xanım əməkdaşı qeyd olunan "iş piştaxta"sının arxasında oturub vəzifəsini icra edir və hətta rəhbərliyə lazım olan ərizələrin yazılmasına “yardım əlini” də uzadır. Bu da onu sübut edir ki, Baş Dövlət Yol Polisi İdarəsi sözçüsünün açıqlaması “gözdən pərdə asmaqdan başqa bir şey deyil”. Yəni, məlum olan o oldu ki, həmin xanım heç də hansısa sığorta şirkətinin işçisi deyil.

Odur ki, qeyd olunan videonun görüntülərini bir daha sizlərə təqdim edirik:

(Gundemxeber.az)