backend

Ağdamın başçısı Vaqif Həsənov və qoçularının ilginc olayları - Prezidentə VİDEO-MÜRACİƏT

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Surəti:Azərbaycan Respublikasının vitse prezidenti birinci xanım Mehriban Əliyevaya


Ağdam rayon Nəqliyyat MMCnin sürücüləri tərəfindən MÜRACİƏT

Hörmətli cənab Prezident! Yazıb sizə bildiririk ki Ağdam rayon Nəqliyyat MMC-nin rəhbəri Taryel Qədimov tərəfindən biz çox incidilirik. Belə ki, sözü gedən qurumun rəhbəri 2018-ci ildə bizə aylıq 250 manat əmək haqqı verəcəyini bildirərək bizi müqavilə əsasında işlə təmin etdi. lakin o bizi aldatdı və hər gün bizdən 11 manat plan tələb etdi. Kapital bankdan adımıza açdığı karta 137-147 manat pul köçürdü. Həmin pulu da özü mənimsəyirdi. Pandemiyaya qədər pul kartımız Taryel Qədimovda idi. Pandemiyadan sonra pul kartını özümüzə verdi. Lakin yenə də kartakı pula nəzarət edirdi. Ayın axırında Taryelin qoçusu Turxan bəy (islah olunmuş) yanımızda durub kartdan çıxan pulu əlimizdən alırdı, narazılığımızı bildirəndə bizi təhdid edirdi, sənədlərimizi rayon QAİSİ-nə aldırırdı. Səbəbini soruşduqda Qainin rəisi Allahverdi müəllim bizə deyirdi ki, gedin Taryel bəylə razılaşın. Taryel bəy özünə məxsus olan maşınları 5-6 dəfə xəttin pik vaxtı xəttə buraxırdı. Bizim maşınları isə 1-2 dəfə xəttə buraxırdı.Hətta bizim maşınları ayda 30 manat olmaqla arenaya götürmüşdü. həmin pulu da bizə vermirdi.

Hörmətli prezident! Pandemiya dövründə 3 ay biz məlum səbəbdən işə çıxmadıq .Bizim sosial təminatımızın yaxşılaşması üçün bizə ayrılmış 250 manat pulu müdiriyyət bizə vermədi. 2 ay ayda 60 m olmaqla bizə pul verdi. Pulun qalan hissəsini özü mənimsəyirdi. Üz-üzə qaldığımız bu problemlərlə bağlı Ağdam rayon İcra hakimiyyətinin başçısı Vaqif Həsənovun qəbulunda olub, Taryel bəyin özbaşınalığı və haqsızlığı barədə məruzə etdik. Vaqif müəllim etinasızcasına əlini silkələyib gedi ki, mən 1 manat 1 aylıq gündəlik pulu deyərəm aşağı salar.

Cənab prezident televiziya kanallarında siz həmişə yerlərdə vəzifədə olan məmurlara deyirsiz ki vətəndaşları incitməyin, problemlərini həll edin. Ancaq Ağdam rayonunda Vaqif, Allahverdi, Allahverən, Taryel bəy kimiləri bizi incidirlər. Ailəmizi dolandıra bilmirik. Uşaqlarımız iqtisadi çətinliklə üzləşmişik. Adlarını qeyd etdiyimiz məmurlar öz neqativ davranışları ilə vətəndaşları sizə qarşı qaldırırlar. Bizim tələbimiz odur ki, biz Dövlət departamentində dövlət rüsumunu ödəyərək işləyək, bunun üçün avqust ayının 30-da Azərbaycan Respublikasının Nəqliyyat Rabitə və yüksək Texnologiyalar naziri Rəşad Nəbiyevə məktub və teleqram vasitəsi ilə müraciət etdik. Ancaq heç bir cavab almadıq.

Hörmətli prezident çox xahiş edirik ki, bizi qəbul edin, dinləyin bu məmur özbaşınalığına son qoyun. Bizim üz-üzə qaldığımız problemlərimizin həlli üçün aidiyyəti orqanlara tapşırıq verin. Cox xahiş edirik balalarımız acdır, ailəmizin yanında başımız aşağıdır Müraciəti özümüz yazdıq imzanızla təsdiq edirik. ..İmzalar


Qaynarxett.az