backend

SAAKAŞVİLİ QƏRAR VERDİ: “YA ÖLÜM, YA DA AZADLIQ!”

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Rustafivdə yerləşən “Qldani” həbsxanasının yanındakı xəstəxanaya köçürülməkdən qəti şəkildə imtina edir.

Qafqaz.media xəbər verir ki, bunu hüquq müdafiəçisi Nika Qvaramiya Saakaşvilinin saxlanıldığı Rustavi həbsxanasını tərk etdikdən sonra deyib.

“Səhhətim necə olursa-olsun, mən Qldani həbsxanasındakı xəstəxanaya köçürülməkdən imtina edirəm və bu vəziyyətdə ya ölməyə, ya da azadlığa buraxılana qədər olduğum yerdə qalmağa üstünlük verirəm.

İstənilən vəziyyətdə məni Qldani həbsxanasının xəstəxanasına köçürməkdən imtina edirəm”, - Saakaşvili növbəti müraciətində bildirib.