backend

GDU-DA HƏBSLƏR BAŞLIADI: REKTORUN BAŞI DƏRDDƏ

GDU-DA HƏBSLƏR BAŞLIADI: REKTORUN BAŞI DƏRDDƏ














GDU-da Tədris-köməkçi heyətinin attestasiyası pul tələsidir

Özbaşınalıq, rüşvətxorluq, müxtəlif maxinasiyaların baş alıb getdiyi universitetdə bütün vəzifələrə təyinat rüşvətlə həyata keçirilir, dekan (20000 manat), kafedra müdirləri (10000 manat) və müəllimlər (5000-8000 manat), hətta laborantlar (3000-5000 manat) belə rüşvət müqabilində təyin olunurlar. Bu barədə redaksiyamıza şikayət məktubu daxil olub. Beləki, Gəncə Dövlət Universitetinin tarixində indiki kimi rüşvətxorluq olmayıb yazan şikayətçilər, bu çirkli işlərin əsas koordinatoru, vaxtilə müsavat partiyasının üzvü olan tərbiyə işləri üzrə prorektorun sayəsində mümkün olduğunu deyir. Universitetdə yaşananların çoxundan rektor Y.Yusifovun xəbəri olsa da hələ ki, bir tədbir görməyə gücü çatmır.. Çünki bu gün GDU-nun faktiki idarəçiliyi tərbiyə işləri üzrə prorektorun əlindədir. O, tədris işlərinə də nəzarət edir, əslində tədrisin doğru-dürüst aparılmasına mane olur. Məhz bu prorektorun sayəsində universitetin ştat siyahısı "ölü canlarla” da xeyli zənginləşib.

Şikayətçilər onuda bildirirlər ki, bir neçə gün bundan qabaq keçirilmiş universitetin elmi şurasında Asif Cavadovun rəhbərliyi ilə tədris-köməkçi heyətinin attestasiyasını keçirmək barədə qərar qəbul olunub. Bu attestasiyalar isə işçiləri qorxudub rüşvət yığılmasından başqa bir şey deyil. Universitetin rəhbərliyi 3000-5000 manat rüşvət alıb işə işçi götürür, sonra isə attestasiyaya keçirib "ixtisara düşürsən" bəhanəsi ilə 500-1000 manatdan yenidən rüşvət yığırlar. İxtisasca tarixçi, tərbiyə işləri üzrə prorektor olan Asif Cavadov rüşvət qutusunun başında durduğuna görə belə pul çıxan məsələlərə də o başçılıq edib.

Redaksiyaya göndərilən şikayət məktubunda daha sonra deyilir ki, artıq bir neçə gündür ki, Gəncə Dövlət Universitetinin "Ekologiya və təbiəti mühafizə" kafedrasının müdiri Vaqif İnqilab oğlu Rəhimov korrupsiya faktı ilə əlaqədar hüquq mühafizə orqanları tərəfindən həbs edilib. O, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibovun ən yaxın dostu və yaxın çevrəsinə daxil olanlardan biridir. Maraqlıdır, təhsil müəssisələrindəki korrupsiya və başqa faktlarla bağlı həbslər haqqında dərhal mətbuata xəbər verən müvafiq orqanlar nədənsə bu fakt haqqında mətbuata heç bir xəbər verməyib. Vaqif Rəhimovu rektor Yusif Yusibov ilə bağlayan sıcaq münasibətlər də burda az rol oynamır. Məlumat üçün onuda qeyd edək ki, bir müddət öncə məhz Yusif Yusibovun təqdimatı ilə Təhsil Nazirliyinin 2012- ci il 20 dekabr tarixli 11/ 1333 nömrəli əmri ilə anadan olmasının 55 illiyi münasibəti ilə Vaqif İnqilab oğlu Rəhimov “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi ” döş nişanı ilə təltif edilib.
Qeyd edək ki, GDU-da baş verən hadisələri və Azərbaycan təhsili adına qara ləkə olan biabırçılıqlarla dolu GDU həqiqətləri haqda məlumatların yuxarı distansiyalarda müzakirə olunması, adıçəkilən təhsil ocağıda yeni həbslərin olmasından xəbər verir.